Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi

“Günay” Uşaq Teatrının ifasında “Balıqçı və balıq haqqında nağıl” tamaşası

02.06.2010

Akt Zalı
Vaxt:16.00
Təşkilatçı: “Günay” Uşaq Teatrı Muzey Mərkəzi ilə birlikdə

gold fishRus ədəbiyyatının görkəmli nümayəndəsi A.S.Puşkinin anadan olmasının 211 ilinin tamam olması (6 iyunda) münasibətilə Muzey Mərkəzi 2010-cu il, iyunun 2-də “Günay” Uşaq Teatrının ifasında “Balıqçı və balıq haqqında nağıl” tamaşasını hazırlamışdı.
2010-cu ildə Muzey Mərkəzi “Muzey-uşaqlar üçün” adı altında müxtəlif aksiyalar keçirir. Buraya tematik mühazirələr, uşaq rəsmləri sərgisi, tamaşalar, bayram tədbirləri və s. daxildir.
“Muzeydə teatr” Muzey Mərkəzinin silsilə tədbirlərdən ibarət yeni layihəsidir. Bu layihə çərçivəsində “Günay” Uşaq teatrının ifasında müxtəlif tamaşalar nümayiş etdirilir. Layihənin konsepsiyası teatr yaradıcılığının təsviri incəsənətlə qarşılıqlı əlaqəsindən ibarətdir. İyunun 2-də nümayiş olunan tamaşada da gənc aktyorların ifasını ənənəvi dekorasiyalar deyil, Azərbaycanın müxtəlif nəsil rəssamlarının tamaşa üşün xüsusi olaraq seçilmiş əsərləri müşaiyət edirdi. Beləcə incəsənətin iki növünün qeyri-adi sintezi meydana çıxır. “Balıqçı və balıq haqqında nağıl” tamaşası üçün aşağıdakı rəsm əsərləri seçilmişdi: Nairə Rüstəmovanın “Dayverşi”, Eldar Qurbanın “Akvarium”, Vüqar Əlinin “Qız balıq ilə”, Emin Əsgərovun “Qasırğa”, Məmməd Rəşidovun “Qara qızılın əsirliyində” əsərləri.
2003-cü ildən “Günay” teatrının rejissoru Larisa Tarusovadır. Teatrın repertuarında müxtəlif maraqlı tamaşalar var: “Məhəbbət hekəyəsi”, “Arşın mala alan”, “Şelkunçik”, “Fars motivləri” və s. Onlardan bəziləri artıq Muzey Mərkəzində nümayiş olunmuşdur. Digər tamaşaların isə bu ilin payız və qış aylarında nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
“Balıqçı və balıq haqqında nağıl” 2009-cu ildə A.S.Puşkinin anadan olmasının 210 illik yubileyi münasibətilə tamaşaya qoyulub və Rusiya mədəniyyət mərkəzinin diplom və xatirə hədiyyələrinə layiq görülüb. Həmin vaxtdan tamaşa şəhərin müxtəlif mədəniyyət məkanlarında səhnəyə qoyulur.

6_banner_right
holokost_right
ital_photo_exhibition_right
reflections_right
winter_exhibition_2011_right
children_tusi_exibition_2011_right
cinema_right
art_steps_right
georgia_children_exhibition_right
dolls_2011_right
margarita_poster_right
children_exhibition_right
narkotik_right
iran_azerbaijan_right
batic_exhibition_right
dialog_india_right
theatre_duym_right
leto_1
gallery_right_2
Muzey-tədris programı
Mediatek-Kollaj