Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

I Bakı Beynəlxalq Kukla Biennalesi

05.11.2011 - 11.11.2011

Sərgi Qalereyası
Təntənəli açılış: 4 noyabr 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

2011-ci il noyabrın 4-dən 10-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında I Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaqdır. Sərginin rəsmi açılış mərasimi 2011-ci il noyabr ayının 4-də saat 18:00-da keçiriləcəkdir.
Rəsmi açılış günü giriş yalnız dəvətnamə ilədir. Qalan günlərdə giriş pulsuz və sərbəstdir.

Son 25 il ərzində təsviri sənət növləri arasında müəllif kuklaları dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü büruzə vermişdir. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış, o bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiq yer tutmuşdur.

I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi – etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etməkdən ibarətdir. Beləliklə, biz Azərbaycan tamaşaçısını geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış etmək fürsətini qazanmış oluruq. Gələcəkdə təkcə müasir ustaların deyil, həmçinin antikvar kukla sərgilərini Azərbaycanda təşkil etməklə, dünya kukla məktəbinin nailiyyətlərinin retrospektivi, Avropa kuklasının bərqərar olmasının mənbələri ilə tanış olmaq, onun fiqurativliyini duymaq olar. Ustad dərslərinin keçirilməsi şərti ilə, aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək və dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanını verəcəkdir.

Biennaledə dünyanın 9 ölkəsindən 19 kukla ustası iştirak edəcəkdir – Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, Rusiya («Vaxtanov» qalereyası) və Ukrayna.

Sərgidə ölkələri təmsil edəcəklər:

Azərbaycan:

Elmira Abbaslı – Azərbaycanda peşəkar müəllif kuklaları sənətinin banisi. Bakıdakı «Çeşmə» Mədəniyyət Mərkəzi nəzdində ilk özəl Kukla Muzeyinin və milli geyimlərin yaradıcılarından biri. Onun əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrin şəxsi kolleksiyalarında nümayiş etdirilir, «yaşayır və fəaliyyət göstərirlər».

Pərviz Hüseynov və İrina Qundorina – Azərbaycanda konseptual və art-kuklanın əsasını qoymuş şəxslər. Bir çox beynəlxalq müsabiqələrin, o cümlədən «İlin kuklası-2010» müsabiqəsinin laureatları və diplomantları, «Vaxtanov» kukla qalereyası ilə müştərək «Bakı küləyi» beynəlxalq sərgi layihəsinin müəllifləri. Onların işləri Azərbaycan, Rusiya, Fransa, Çexiya, İngiltərə və ABŞ ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Tamilla Qurbanova – peşəkar heykəltəraş, akademik məktəbin nümayəndəsi. Kukla və kiçik həcmli heykəltəraşlığın sintezi üslubunda, habelə heykəltəraşlıq tekstili üslubunda işləyir, ölkənin məşhur insanlarının portret kuklalarının müəllifidir, beynəlxalq sərgilərin iştirakçısıdır. Onun işləri dünyanın muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.Eləcə də, «DA ART» studiyasının şagirdləri ilk dəfə iştirak edəcəklər- Fərəh Əliyeva, Nübar Şahbazova, Fidan Salahova, Alina Yusupova.

Belarus:

Qalina Dmitruk - interyer kukla ustası. Belorus, Rusiya və Almaniyada keçirilən 15-dən artıq beynəlxalq və respublika sərgilərinin iştirakçısıdır.

Çexiya:

Yelena İlina - SRAJD (Zərgərlik Dizaynerlərinin Beynəlxalq Assosiasiyası) üzvü, Çexiya Kukla Birliyi Şurasının üzvü. İnteryer kuklası sahəsində işləyir, bir çox beynəlxalq sərgilərin iştirakçısıdır.

Boqdana Klatilova - Praqadakı beynəlxalq kukla sərgisinin direktorudur, Çexiya kukla klubunun yaradıcısıdır. Klassik Avropa üslubunda işləyir.

İtaliya:

Katerina Veştak - Kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların laureatı. Bürüncdən işlənmiş əsərləri dünyanın şəxsi kolleksiyalarında saxlanılır.

Fransa:

Nadin Lipinlauski - Kukla sənətinin korifeyi. Klassik üslubda işləyir, bir çox beynəlxalq sərgilərin nominantı və laureatı, o cümlədən «Cazibə və qrasiya» (Moskva) qızıl medalına layiq görülüb.

Latviya:

İnara Liepa - Riqadakı Kukla Muzeyinin direktorudur, interyer kukla ustasıdır, bir çox beynəlxalq sərgilərin iştirakçısıdır.

Niderland Krallığı:

İvona Flips - Ənənəvi holland məktəbindən fərqli olaraq, qeyri-adi üslubda işləyir. Dünya şöhrətli ustadır, beynəlxalq mükafatlar laureatıdır.

Rusiya Federasiyası:

İrina Mızina - «Vaxtanov» Kukla qalereyasının direktoru. «Dünya kuklaları» fondunun idarə heyətinin üzvü. Xeyriyyəçilik və maarifçilik sahəsində Qızıl Puşkin medalının laureatıdır.

Olqa Laxina – «Dünya kuklaları» Fondunun icraçı direktoru. “Sankt-Peterburqda KUKLA VAXTI” Beynəlxalq kukla və Teddi ayıcıqları sərgisinin və “TeddyFun” beynəlxalq sərgisinin təsisçisi və təşkilatçısı, «Kukolnı master» jurnalının baş redaktoru.

İrina Qoryunova – «DollArt» yaradıcılıq birliyinin üzvü, beynəlxalq mükafatlar laureatı.

Sankt-Peterburq kukla məktəbi

Olqa Qerr - kukla sənətinin korifeyi, beynəlxalq sərgilərin iştirakçısıdır. Nansidə (Fransa) Slavyan Festivalının tərtibatçısıdır.

Natalya Beltyukova – beynəlxalq sərgilərin laureatıdır. İqtisadiyyat və Servis Dövlət Universitetinin «Kostyum dizaynı» kafedrasının dosentidir. Papye-maşe texnologiyası üzrə kitabın müəllifidir.

Viktor Qriqoryev – art-mexanika üslubunda işləyir. Loret de Mar (İspaniya) festivalının qızıl medalına layiq görülüb.

Ukrayna:

Yuri Şumanski - «Modnaya kukla» beynəlxalq salonunun direktoru. « Modnaya kukla» jurnalının baş redaktoru

Viktoriya Kukalo – Stimpank üslubunda işləyir. Onun yaradıcılığının diapazonu genişdir. Beynəlxalq sərgilərin iştirakçısıdır. Ukrayna mükafatları laureatıdır. Onun işləri dünyanın müxtəlif ölkələrində saxlanılır.

2011-ci il noyabr ayının 8-də Muzey Mərkəzinin Akt zalında, sərgi çərçivəsində kukla sənətinin problemləri üzrə «Kuklanın ikinci nəfəsi» adlı konfrans keçiriləcəkdir.

I Bakı Beynəlxalq Kukla Biennalesinin təşkilatçısı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.

Əlaqələndirici: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri - Qalib Qasımov.

Kuratorlar: Muzey Mərkəzinin direktoru - Liana Vəzirova «Kukolnı master» jurnalının xüsusi müxbiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü - Pərviz Hüseynov.

Xocali_film_2020_right
Pullman_ArtNight_jan_2020_right
Kamil_Najafzade_dec_2019_right
Aluminium_nov_2019_right
Seminar_Yoga_nov_2019_right
Bulat_Mekebayev_oct_2019
Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Arif_Aziz_2019_right
Carlos_Mota_2018_right
Fashion_Week_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right