Vədud Müəzzinin fərdi sərgisi

23.11.2013 - 29.11.2013

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 22 noyabr, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

1960-cı ildə İranın Ərdəbil şəhərində dünyaya gələn Vədud Müəzzin, şübhəsiz ki, diqqət və fikir sahibləri baxımından İranın müasir incəsənət xadimlərindən sayılır. O özünü dünya səviyyəli rəssam, musiqiçi, heykəltaraş, fotoqrafçı, xanəndə və saz ustası kimi sübut etmişdir. O, İran və Azərbaycanın böyük ustadlarından dərs almışdır və İran, Bakı, İstambul, Konya, Aşqabad, Düşənbə, Hamburq, Darmsradt, Los Angeles, Çikaqo, San Fransisko, Vaşinqton, Nyu-York, Orange country, Davis və bir çox dünya ölkələrində uğurlu sərgi və konsert proqramları ilə çıxış etmişdir. Bu da onun otuz illik bədii fəaliyyətını göstəricisidir.
1980-cı ildə peşəkar rəssamlıq fəaliyyətinə başlamışdır. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak etmişdir, Art Deko Fakültəsini və Türkiyənin Memar Sinən Universitetini bitirmişdir.
1990- 2000 ci illərdə Los Anceles şəhərində fərdi sərgisi keçirilmişdir.
1992 –ci ildə Fransada fərdi sərgisi keçirilmişdir.
1995 –ci ildə Kanadada fərdi sərgisi keçirilmişdir.
1997 – 1999- 2012 ci illərdə Tehranda fərdi sərgisi keçirilmişdir.
1998 – ci ildə Dubayda fərdi sərgisi keçirilmişdir.
2001- 2013- cü illərdə Bakıda fərdi sərgisi keçirilmişdir.
2004 – cü ildə Təbrizdə fərdi sərgisi keçirilmişdir.
2005- 2007- ci illərdə Ərdəbildə fərdi sərgisi keçirilmişdir.
Təbriz, Ururnivey, Rəşd, Ənzəli və Ərdəbildə təşkil edilmiş fərdi və birgə sərgilərin iştirakçısı olmuşdur.