"İslam sivilizasiyası uşaqların gözü ilə" respublika rəsm və əl işlərinin müsabiqə-sərgisi

26.11.2015 - 28.11.2015

Sərginin təntənəli açılışı: 25 noyabr, saat 18:00
Akt zalı, Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi

Gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə uyğun olaraq uşaq incəsənət və rəssamlıq məktəbləri, mərkəzləri rəsm studiyaları şagirdlərinin rəsm və əl işlərindən ibarət "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda müsabiqə keçirilmişdir. Müsabiqəyə respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərindən, mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işləri təqdim edilmişdir.
2015-ci il 25 noyabr tarixində Muzey Mərkəzində müsabiqə qaliblərinin və fərqlənən iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir. Əlamətdar haldır ki, tədbir ölkəmizdə keçirilən İSESKO İcraiyyə Şurasının 36-cı sessiyası və 12-ci Baş konfransının Bakı şəhərində keçirilməsi ilə ilə eyni vaxta təsadüf edir.Tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qaliblər və müsabiqədə fərqlənən iştirakçılar müəyyənləşdirilmişdir. 2 yaş qrupu üzrə 22 müəllif I, II, III dərəcəli diplomlara, fəxri fərmanlara, pul mükafatına layiq görülmüşlər.

7-13 yaş qrupu üzrə:

I dərəcəli diplom
1) Xudiyeva Tuğiya Emin qızı - “Esmeralda” Uşaq və yeniyetmə rəsm studiyasının şagirdi
II dərəcəli diplom
1) Şirinova Səidə Mehman qızı - Bakı şəhər V. Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagird i
2) Əliyeva Nəzrin Nəsimi qızı - Siyəzən şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi
III dərəcəli diplom
1) Ramazanova Mələk Tələt qızı - Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
2) Babayeva Nərgiz Anar qızı - DA ART - təsviri incəsənət mərkəzinin şagirdi
3) Cavadzadə Kəmalə Kamil qızı - Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdi

Fəxri fərman və 150 manat pul mükafatı
1) Məmmədova Aygün Arif qızı - Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdi
2) Abdullayeva Mehriban Mehman q. - Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
3) Papiaşvili Kaxaber Xviça - Qax şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi
4) Əzizzadə Əziz Dəyanət oğlu - Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdi
5) Həsənova Fərqanə İbrahim qızı - Qax şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi

14-17 yaş qrupu üzrə:

I dərəcəli diplom və 300 manat pul mükafatı
1) İsmayılov Məhəmməd Nəriman oğlu - DA ART - təsviri incəsənət mərkəzinin şagirdi
II dərəcəli diplom və 250 manat pul mükafatı
1) Məmmədli Sübhanə Faiq qızı - Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
2) Əlibəyli Şahin Ənvər oğlu - DA ART - təsviri incəsənət mərkəzinin şagirdi
III dərəcəli diplom və 200 manat pul mükafatı
1) Qafarlı Vüsal Ramin oğlu - Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
2) Məmmədova Milana Elşən qızı - “Esmeralda” Uşaq və yeniyetmə rəsm studiyasının şagirdi
3) Əsgərzadə Fidan Natiq qızı - Bakı şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi

Fəxri fərman və 150 manat pul mükafatı
1) Hacızadə Lətifə Mirzabala qızı - Bakı şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
2) Quliyeva Sevinc Alim qızı - Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
3) Quliyeva Nərminə Hikmət qızı - Bakı şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi
4) Mehdiyeva Səma Namiq qızı - Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət Məktəbinin şagirdi
5) Həsənov Murad Namiq oğlu - Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi