Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

"Mavi Səma Altında" adlı sərgi

22.02.2021 - 12.04.2021

Muzey Mərkəzinin Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi
Şənbə və bazar günləri istisna olmaqla, gündəlik saat 10.00-dan 17.30-dək açıqdır



Bakı Muzey Mərkəzinin Sərgi Qalereyasında "Mavi Səma Altında" adlı sərgi açıldı. Bu, aylardır həm ölkəmizdə həm də bütün dünyada sərgi məkanlarının işini dayandıran, uzun sürən karantindən sonra Muzey Mərkəzinin tamaşaçılara təqdim etdiyi ilk sərgi layihəsidir.
Muzey Mərkəzi karantin dövründə virtual olaraq aktiv fəaliyyət göstərirdi. Onun əsas virtual layihəsi, çərçivəsində bir neçə sərginin keçirildiyi, “Nostalji” layihəsi oldu. Ekspozisiya, təkrarolunmaz Bakımıza, onun memarlığına, təbiətinə və sakinlərinə həsr olunmuş "Ev Natürmortu" və "Mənim Əziz Şəhərim" videokliplərinin nümayişi vasitəsilə həmin layihələrin "əks-sədası"nı çatdırır.
Hal-hazırda "Mavi Səma Altında" adlı sərginin açılışı genişmiqyaslı "Nostalji" layihəsinin ənənələrini artıq real həyatda davam etdirir. Ekspozisiya muzeyin girişindən, birinci mərtəbədən başlayır. Tamaşaçıları bütün mərtəbələrdə Irina Eldarovanın kətanları qarşılayır – onlar ətrafa günəşli yayın, coşqun xoşbəxtliyin və ehtiyatsız əyləncənin özünəməxsus əhval- ruhiyyəsini yayırlar. Bu rəssamın yaradıcılığının vizit kartına çevrilmiş nazlı-qəmzəli sarışın xanım və cəsur neftçi, lakonik qammada Bakı mənzərələri, çiçək dəstələri tamaşaçını yuxarı mərtəbəyə, Muzey Mərkəzinin Rəsm Qalereyasına qədər olan yol boyunca müşayiət edir. Bu əsərlərlə yan-yana tamaşaçını Məmməd Rəşidovun qeyri-adi, görünüşcə futuristik və mahiyyətcə lirik, metaldan və sındırılmış şüşələrdən hazırlanmış heykəltaraşlıq əsərləri qarşılayır.
Müxtəlif obrazlı, incəliklə seçilmiş bu sərgi, qalereyanın beş zalının hamısını əhatə edir. Hər zalın özünün paytaxt Bakımızın sakinləri və qonaqları tərəfindən qavranmasının bu və ya digər tərəflərini göstərən aurası var. Bakı həm gənc, həm də eyni zamanda köhnə şəhərdir, burada ənənələr və müasirliyin, sarı qum və mavi dənizin, əhəng daşı və müasir poladın, gözəl qamətli sərv ağacları və taclı narın bir-biri ilə ayrılmaz bağlılığı var ... Bura xoşbəxtliyin, vəhdətin, rifahın və sevincin əbədi yaşadığı bir şəhərdir - və bütün bunlar sərgidə təqdim olunan əsərlərdə öz əksini tapmışdır.
Ekspozisiyada azərbaycan rəssamlarının və britaniyalı fotoqraf Kolin Rossinin sənət əsərləri yer alıb.
Birinci zalda tamaşaçıları bağ evində rahatlıq və xoşbəxt istirahət atmosferi gözləyir. Eldar İbadullayev və Emin Əsgərovun nar kolları və yelləncəkdə qızların təsvir olunduğu kətanları əsl Abşeron yayının istisinə baş vurmağa imkan verəcəkdir. Təəssüratı Əfsanə Həbibin rənglərlə zəngin çiçək bukeləri tamamlayır. Bu rəssamda təmtəraqlı, əlvan, mürəkkəb kompozisiyalı çiçək buketləri xüsusilə uğurlu alınır. Onlar tamaşaçının diqqətini çəkir, onu bu əsərlərə, sanki, mozaik panno kimi incəliklərinə qədər diqqətlə baxmağa məcbur edir.
İkinci zalda biz yenidən Eldar İbadullayev və Emin Əsgərovun əsərləri ilə görüşürük, amma burada Zərnişan Yusif və Məmməd Rəşidov da onlara qoşulur. Bu zal tamaşaçını qayaüstü rəsmləri ilə Abşeron sərhəddinə, Qobustana aparır. Onlar ənənəvi Azərbaycan naxışlarına və daha sonra sərt Xəzər küləyini xatırladan mücərrəd təsvirlərə süzülürlər. Və tam olaraq eyni şəkildə - Məmməd Rəşidovun mürəkkəb heykəlləri gah dalğaların burulğanında, gah da buludların topasında öz əksini tapır.
Üçüncü zal tamaşaçını birbaşa paytaxta gətirir. Onun qarşısında bürkülü və rəngarəng Bakı bütün gözəlliyi ilə - Elşən Sərxanoğlunun gördüyü şəkildə çiçəklənir. Onun triptixində və digər kətanlarında şəhərin qədim vaxtlardan bu günə qədər, Alov Qüllələri və ya Heydər Əliyev Mərkəzinin binası kimi memarlıq gözəlliklərini görürük. Həm də burada Bakının gözəl xanım sakinləri yaşayır. Bu müəllifin qadın obrazları çox romantikdirlər. Onların gözəlliyini Əfsanə Həbibin kətanındakı buketin çiçəklərinin gözəlliyi davam etdirir.
Dördüncü zal bizə Abşeron çimərliklərini və İrina Eldarova, Tamilla Həsənova və Əfsanə Həbibin gözü ilə bağ natürmortlarını göstərəcəkdir. Bu tamaşaçıda sevinc hissi oyadan parlaq, rəngbərəng, günəşli və çox xoşbəxt bir aləmdir.
Beşinci zalda tamaşaçıları iş adamı və fotoqraf Kolin Rossi tərəfindən çəkilmiş Bakının mərkəzinin - gecə və gündüz, köhnə məhəllələr və müasir binaların mənzərələrinin gözəlliyini orijinal rakurslardan açan, hətta tanış yerləri qeyri-adi göstərən fotokompozisiyaları gözləyir. Şotlandiyadan olan Böyük Britaniya vətəndaşı Kolin Rossi üç ildən çoxdur ki, Bakıda yaşayır. İşləmək üçün buraya gəlmiş və həmin müddət ərzində şəhərimizi çox sevmişdir. O, bir fotoqraf kimi karyerasına məhz burada başlayıb və indi isə Azərbaycanın paytaxtına həsr olunmuş “Dünyaların Qovuşduğu Yer” (“Where Worlds Meet”) adlı kitab nəşr etdirməyi planlaşdırır.

Martyr_apr_2021_right
Under_blue_sky_feb_2021_right
Xocali_film_2020_right
Pullman_ArtNight_jan_2020_right
Kamil_Najafzade_dec_2019_right
Aluminium_nov_2019_right
Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Arif_Aziz_2019_right
Carlos_Mota_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right