Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

“MƏHƏBBƏTİN GÖY QURŞAĞI” Azərbaycan rəssamlarının vizual incəsənət sərgisi

28.11.2007

“MƏHƏBBƏTİN GÖY QURŞAĞI”- Azərbaycan rəssamlarının vizual incəsənət sərgisi
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsinin dəstəyi ilə Muzey Mərkəzinin Sərgi Qalereyası

SƏRGİ QALEREYASININ ARXİVİNDƏN
2000-ci ildə yaradılmış Qalereya, ilk əvvəllər müxtəlif birliklər, ittifaqlar, xarici ölkə səfirlikləri, işgüzar kompaniyalar tərəfindən sərgi, festival, təqdimat mərasimlərinin keçirilməsi üçün başlıca məkan rolunu oynayırdı. Sərgi qalereyası kimi isə 2006-cı ilin mayından fəaliyyətə başlamışdır. Qalereyanın tarixinə Avropanın çox tanınmış fotoqraflarindan olan Klaus Vikratın foto-sərgisi, “Payızın rəngləri”, “Beş üstəgəl”, “İlin fəsilləri”, “Bahar.Qadın. Məhəbbət” kimi böyük maraq doğuran sərgilərin, o cümlədən böyük tamaşaçı auditoriyası toplaya bilmiş Fərhad Xəlilov, Səid Əşrəf, Nazim Bəykişiyev, MirNadir Zeynalov, Naira Rüstəmova və digər tanınmış Azərbaycan rəssamlarının fərdi sərgilərinin nümayişi daxildir.

Qalereyanın başlıca xüsusiyyəti onun universal-hərtərəfli olmasıdır. Burada reqlament və iştirak üçün heç bir məhdudiyyət yoxdur. Dərəcəsindən, yaşından, işlədiyi növ və janrdan, yaşadığı yerdən asılı olmayaraq hər bir rəssam burada iştirak edə bilər. Məşhur rəssamlar və sənətdə addımlarını yeni-yeni atanlar arasında heç bir fərq qoyulmur. Bu amil sərgi iştirakçılarının coğrafiyasını genişləndirmişdir. Artıq burada Azərbaycan rəssamlarından başqa, Rusiya, Çexiya, Almaniya, İran, Gürcüstan, Yeni Zelandiyadan olan rəssamların əsərləri nümayiş olunmuşdur.

Qısa müddət ərzində qalereya istedadların və onların pərəstişkarlarının istəklərinin sınaqdan çıxdığı təcrübi-yaradıcılıq laboratoriyası imicini qazanmışdır.
“MƏHƏBBƏTİN GÖY QURŞAĞI” - Sərgi Qalereyasının 2007-ci il üçün xüsusi yekun layihəsi idi. Azərbaycanın 44 rəssamının 130-a yaxın işinin (rəngkarlıq, nəqqaşlıq, heykəltəraşlıq, batika) təqdim edildiyi sərgi adından göründüyü kimi məhəbbətə həsr olunmuşdu. Muzey Mərkəzinin direktoru və layihənin kuratoru Liana Vəzirova sərginin ideya-tərbiyəvi əhəmiyyətini açıqlayaraq söyləmişdi: “Cahanda məhəbbətdən güclü heç nə yoxdur, biz bu dünyaya sevmək və sevilmək üçün gəlmişik. Ətrafımızda olan hər bir şey məhəbbətdən yoğrulub və biz özümüz də onun məhsuluyuq. Yeni era məhəbbət və sülh erasıdır. Hisslər də bu yüksək amala köklənmişdir. Bu 21-ci əsr sivilizasiyasının sifarişidir və biz təşkilatçılar da əsərləri bu cəhətə görə seçmişik ki, nəticədə də rənglərin qeyri-adi, özünəməxsus ensiklopediyası meydana gəlmişdir”.

1. Adil Yusifov
2. Afət Bağırova
3. Anar Qəmbərli
4. Anar Hüseynzadə
5. Anar Yolciyev
6. Afət Axundzadə
7. Vüqar Muradov
8. Elşən Sərxanoğlu
9. Emin Əsgərov
10. Eldar Babazadə
11. Elçin Bünyadov
12. İlahə Zeynalova
13. İlahə Qaziyeva
14. İsmayıl Məmmədov
15. Gülarə Məcidova
16. Malik İsmayılzadə
17. Məmməd Həsənov
18. MirNadir Zeynalov
19. Namiq İsmayılzadə
20. Namiq Məmmədov
21. Nazim Rəhmanov
22. Nazim Məmmədov
23. Nairə Rüstəmovа
24. Niyaz Nəcəfov
25. Rafael Abbasov
26. Rəşid İsmayılov
27. Sirus Mirzəzadə
28. Sergey Aqrikov
29. Səbinə Şıxlinskaya
30. Söhrab Arabov
31. Teymur Rüstəmov
32. Fərid Mirzoyev
33. Feyzi Məmmədov
34. Fərhad İsgəndərov
35. Həmzə Abdullayev
36. Zakir Hüseynov
37. Aleksey Zaytsev
38. Nikolay Zaytsev
39. Tatyana Ağababayeva
40. İnna Kostina
41. Mahmud Rüstəmov
42. Məmməd Rəşidov
43. Zakir Əhmədov
44. Hikmət İsmayılov

"Məhəbbətin göy qurşağı" sərgisi. Slaydşou

Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right