Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi

Azərbaycan rəssamlarının iştirakı ilə vizual incəsənət sərgisi

16.05.2006

Aşağıdakı sənət növləri nümayiş olunurdu: rəssamlıq, qrafika, foto, heykəltəraşlıq, tətbiqi sənət

16 may, 2006-cı il saat 18.00-da başda cənab nazir Əbülfəs Qarayev olmaqla Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Muzeylər gününün qeyd olunması çərçivəsində sərginin rəsmi açılışı oldu.

Sərgi Azərbaycanın mədəniyyət aləmində iki mühüm və əhəmiyyətli hadisəni birləşdirirdi: Beynəlxalq Muzeylər Gününün qeyd olunması və Muzey Mərkəzinin 17 may, 2006-cı il tarixdən başlayaraq hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərən Sərgi Qalereyasında daimi ekspozisiyanın açılışı.

Ekspozisiyaya rəssamlığın müxtəlif istiqamətləri üzrə işlər daxil idi: realizm, impressionizm, sürrealizm, ekspressionizm, konseptualizm, postmodernizm, abstraksionizm.

Rəssamlıq cərəyanlarının geniş diapazonu Azərbaycan rəssamlıq həyatının zənginliyini, müxtəlifliyini və bizim rəssamların müasir mədəniyyət sahəsində istənilən innovasiyalara hazır olduqlarını göstərir. Sərgi qabaqcadan, nümayiş olunan növ və janrların spektrini məhdudlaşdıran konkret kurator istiqamətinə əsasən müəyyənləşdirilmişdi. Ekpozisiyanın vəzifəsi – hər bir rəssamın özünün unikal və təkrarolunmaz yaradıcılıq imici ilə təqdim olunduğu halda, bütün rəssamlıq dünyagörüşlərinin eyni əhəmiyyətə malik olduğunu göstərmək idi. Bütövlükdə, bu cür yanaşma rəssamlıq sərgisinin İncəsənət bayramına çevrildiyi festivalların keçirilməsinə xas olan yanaşmadır.

Sərginin keçirilmə məqsədi – sərgiyə gələnləri Azərbaycanın həm tanınmış korifey-rəssamlarının klassikaya aid edilə bilən işləri, həm də gənc istedadlı ustaların ilk dəfə nümayiş olunan işləri ilə tanış etmək idi.

Muzey Mərkəzi Bakı şəhərində turistlərin daha çox gəldiyi yerlərdən biridir və Qalereyanın əsas məqsədi Azərbaycanın mədəni irsinin təbliği və muzeyə gələnləri Azərbaycan rəssamları ilə tanış etməkdir.

Sərginin təşkilatçıları: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin müdiriyyəti

holokost_right
ital_photo_exhibition_right
reflections_right
winter_exhibition_2011_right
children_tusi_exibition_2011_right
cinema_right
art_steps_right
georgia_children_exhibition_right
dolls_2011_right
margarita_poster_right
children_exhibition_right
narkotik_right
iran_azerbaijan_right
batic_exhibition_right
dialog_india_right
theatre_duym_right
leto_4
gallery_right_1
Muzey-tədris programı
Usaqlar ucun rus muzeyi