Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

«İlin fəsilləri» silsiləsindən «Qış harmoniyası» adlı təsviri incəsənət

24.12.2008

Vizual incəsənət sərgisi: rəngkarlıq – qrafika – foto – heykəltəraşlıq

2008-ci il, dekabrın 23-də Bakıda «Qış harmoniyası» adlı vizual incəsənət sərgisi açıldı. Bu 2006-cı ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi tərəfindən təşkil edilən «İlin fəsilləri» adlı sərgilər silsiləsinin sonuncu mərhələsi idi. Vernisajda tanınmış rəssamlarla yanaşı, incəsənət sahəsində addımlarını yeni-yeni atan gənc sənətkarlar da iştirak edirdi. «İlin fəsilləri» layihəsi 2006-cı ilin noyabrında mütəxəssislərin və tamaşaçıların böyük marağına səbəb olmuş «Payızın rəngləri» adlı vernisajla təqdim edilmişdi. 2007-ci ilin martında isə bu silsiləni «Bahar. Qadın. Məhəbbət» adlı sərgi davam etdirdi. Sərgi o qədər gözəl və uğurla yekunlaşdı ki, bu müvəffəqiyyəti də keçən ilin iyununda təşkil olunmuş «Yay impressiyası» sərgisi davam etdirdi. Muzey Mərkəzinin sərgi təşkilatçıları hər şeydən əvvəl geniş sənət meydanına-Bakı şəhərinin ən böyük art-salonuna sahibdir. Qalereyanın geniş nümayiş və istənilən formada dizayn qurmaq, audio-video imkanları onun əhəmiyyətini birə-beş artırmış və bütün bunlar «İlin fəsilləri» adlı sərgilər silsiləsinin bugünə qədərki hər bir mərhələsinin, hər bir vernisajın uğurla keçməsini təmin etmişdir.

Layihənin digər vernisajları kimi, «Qış harmoniyası» sərgisi də silsilə çərçivəsində özünəməxsus ideya-konsepsiyaya malik olmuşdur. Bu barədə Muzey Mərkəzinin direktoru Liana Vəzirova deyirdi: «İlk baxışdan qış ilin ən soyuq, çovğunlar olan dövrüdür. Böyük coşqu ilə qeyd etdiyimiz yeni il bayramları da məhz qış fəslinə təsadüf edir! Və biz təşkilatçılar çalışacayıq ki, bizim Sərgi Qalereyasındakı qış vernisajı möcüzələrə, nağıllara və gözəlliyə inamı tamaşaçılara qaytarsın.... Çünki gözəllik kimi sevgi də həmişə insan üçün lazım olur və ona görə də insanlar bütün həyatlarını gözəllik və sevgi axtarışında keçirirlər.

Bizim vernisaj insanlarda Yeni il bayramı və qış sevinclərini yaratmaq məqsədini güdür. Biz istəyirik ki, rəssam və heykəltəraşların işlərinə baxa-baxa hər bir tamaşaçı ürəyində bu bayramın sevincini yaşayaraq onun dəyərini qaytarmış olsun».

Əvvəlki sərgilər kimi «Qış harmoniyası» sərgisi də rəssam, heykəltəraş və fotoqrafların rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi incəsənət və vizual incəsənətin digər sahələrindəki fəaliyyətlərini stimullaşdırmaq və onların bu sahədəki ideya və mövzu dairəsini genişləndirmək məqsədinə xidmət etmişdir.

«Qış harmoniyası» sərgisində aşagıdakı müəlliflər iştirak edir:

1. Eldar Qurban
2. Əmirulla İsrafilov
3. Nazim Şah
4. Emin Əsgərov
5. Vüqar Muradov
6. Rəşad Babayev
7. Nazim Bəykişiyev
8. Tatyana Ağababayeva
9. Sübhan Məmmədov
10. İnna Kostina
11. Pərviz Cəfərov
12. Pərviz Hüseynov
13. İrina Qundorina
14. İrina Eldarova
15. Arif Hüseynov
16. Afət Axundzadə
17. Afət Bağırova
18. Naira Rüstəmova
19. Abbas Əhmədov20. Xanlar Məmmədov
21. Məmməd Həsənov
22. Namiq Məmmədov
23. Elmir Hüseynov
24. Rəşid İsmayıl
25. Tofiq Qəzənfər
26. Əsmər Nərimanbəyova
27. Rəna Əmrahova
28. Əli Həsənov
29. Vüqar Əli
30. Elçin Bünyadov
31. Nazim Məmmədov
32. Fərid Mirzoyev
33. Nailə Cəfər
34. Sirus Mirzəzadə
35. Niyaz Nəcəfov
36. Fərhad Yalquzaq
37. Elşən Sərxanoğlu
38. Anar Hüseynzadə
39. Etibar Məmiyev
40. Natəvan Mirzəyeva
41. Ramina Səadətxan
42. Veronika Şəmsiyeva
43. Anna Məhərrəmzadə
44. Feyzi Məmmədov
45. Anna İbrahimbəyova
46. Larisa Povetkina
47. İnna Şibayeva
48. Mehriban Əfəndi
49. Mustafa-Sultan Raida
50. Elçin Muradov
51. Mahmud Rüstəmov
52. Hikmət İsmayılov
53. Elşən Hacızadə
54. Olqa Çareva
55. Nikolay Zaytsev
56. Tamilla Qurbanova
57. İnqa Zemçova
58. Gündüz Ağayev

«Qış harmoniyası» adlı vizual incəsənət sərgisi

Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Neyroelm_2019_right
Baki_Milli_Geyim_Evi_mar_2019_right
Reinkarnasiya_2019_right_01
Xezine_2019_right
Rafis_Ismayilov_feb_2019_right
Narmin_Ibrahimova_feb_2019_right_01
Arif_Aziz_2019_right
Etiraf_dec_2018_right
Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right