Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Çox sayda beynəlxalq müsabiqə laureatları və diplomantları,məşhur kukla ustaları Pərviz Hüseynov və İrina Qundorinanın “Jazz stilli kuklalar” adlı fərdi sərgisi

20.04.2010 - 23.04.2010

Keçirilmə məkanı: Sərgi Qalereyası
Açılış mərasiminin vaxtı: 20 aprel, saat 18:00
Təşkilatçı: Muzey Mərkəzi
Layihənin müəllifi və sərginin kuratoru: Muzey Mərkəzinin direktoru Liana Vəzirova

Dolls20 aprel, 2010-cu il tarixində Sərgi Qalereyasında çox sayda beynəlxalq müsabiqələrin laureatları və diplomantları, tanınmış kukla ustaları Pərviz Hüseynov və İrina Qundorinanın fərdi sərgisi açıldı. Sərgidə incəsənətin fəşn (dəb), kukla art-obyekt kimi, konseptual və personaj kukla kimi istiqamətlərində 25 iş təqdim olunurdu.
Bəşəriyyətin yaratdıqlarının ən əsrarəngizlərindən biri də, şübhəsiz ki, Kukladır. O, bəşəriyyəti paleolit dövrünün sonlarından bu günədək kölgə kimi müşayiət edir. Onun meydana gəlməsi mahiyyətcə bütün digər ənənəvi incəsənət növlərindən erkən yaranmışdır. İnsanlar mağaralarda yaşayanda, dəridən geyimlər geyinəndə də kuklaları yaradıblar. Bu məhsul inkişaf edərək irəli çıxmış hər hansı bir qəbiləyə aid olmamış, eyni vaxtda insanın mövcud olduğu bütün yerlərdə yaranmışdır. Bütün bu illər ərzində kukla xalqın sosial-mədəni irsinin tam spektrini özündə cəmləşdirmişdir. Onun mənəvi dəyəri fenomenaldır, belə ki, kuklada insan surətini yaratmaq cansızı canlı ilə birləşdirmək cəhdidir. Bu məsələ öz miqyasına görə qeyri-adidir. Kukladan dini ayinlərdə istifadə edərək, insan özünün əvəzinə onu tanrılara qurban verməklə tədricən qara magiyaya keçmişdir. İnsan real qurbanların surətlərini iynələyərək, daha sonra cəmiyyəti təqlid edərək, marionetləri yaratmış və artıq XVIII əsrdə onları mexaniki vasitələrin köməyi ilə müstəqil hərəkət etdirmişdir. Müasir dövrümüzdə onların müxtəlifliyi günbəgün artır: seks-şoplardakı üfürülmüş kuklalardan tutmuş, hətta sadə ünsiyyət bacarığı olan və öz reallığı ilə vahimə hissi oyadan robot-kuklalara kimi. Bütün bunlara rəğmən, müəllif kuklaları da qorunub saxlanılmışdır. Bu sərgidə onlar yerinə düşərək caz musiqisi ilə assossiasiya edilir. Bu həm Fank- iti ifadəli ifa tərzi, həm də for bit- ritm qrupu alətlərinin eyni dərəcədə vurğulanmasıdır. Və təbii ki, buna reqtaym - pianonun səslənməsindən daha çox zərb aləti kimi istifadə edilməsi də aiddir. Amma Pərviz Hüseynov və İrina Qundorinanın işlərində əsas xüsusiyyət, sinkopun olmasına baxmayaraq, formanın tamlığı və rəng qammalarıdır. O safdır və təzadlıdır. Beləliklə, bu ailə cütlüyü öz kukla cazını ifa edir: Pərviz simli, İrina isə nəfəsli alətlərdə. Buna baxmayaraq, bəzi işləri konsepsiya nöqteyi nəzərindən qiymətləndirərkən, “Gənc Bonapartın Meditasiyası” işində olduğu kimi, fərqli quruluşlu və fərqli dərinlikli işarələr görürük. Gənc komplekssiz Napoleon əllərini arxasında gizlətmir. O öz niyyətlərində yuxarıya qaldırdığı ovuclarının içi kimi açıqdır. Tacın sol tərəfində bir ləğv rəmzi kimi Napoleonun məşhur qırmızı qılıncı yer alıb. Bu, qılıncın hərbi və mülki silah kimi ləğvi və onun sırf idman vasitəsi kimi istifadə edilməsi simvoludur. Bonapartın başı yuxarıya doğru baxır. O meditasiya edir. Yalnız tamaşaçı postamentin yanlarında, onun Müqəddəs Yelena adasında çəkilmiş axırıncı ölümqabağı imzasını görür. Digər iş, Birinci Pyotra həsr olunmuş “Səyahət-2” öz simvolikasında daha lakonikdir. Bu, vəhşi balıq simasında – hərbi əməliyyatlar vasitəsilə Baltik dənizinə çıxışdır. Holland borusu və texnologiyanın atributları tərəqqinin simvolu, Avropa mədəni dəyərlərinə keçiddir. Ustalar Pərviz Hüseynov və İrina Qundorina mahiyyətcə hadisələrin qapalı çevrəsini rədd edir və ayrı-ayrı zaman kəsiklərinə üstünlük verərək, onlardan öz texnikalarını qurur və tamaşaçını bu canlı mexanizmin zahiri yox, daxili hissəsinə dəvət edirlər.
Sərgidə həmçinin Tatyana Ağababayeva, Eldar Qurbanov, Namiq Məmmədov, Emin Əsgərov, Fərhad Yalquzaq, Nazim Şah, Elçin Bünyadov, Vüqar Əli, Nikolay Zaytsev və Asiya Əhmədxanova da iştirak edirdilər.
Sərginin musiqi tərtibatını Tofiq Əsgərovun rəhbərliyi ilə jazz-trio etmişdir.

"Jazz stilli kuklalar" sərgisi. Slaydşou

Novruz_2017_right
Baki_Milli_Geyim_Evi_mar_2019_right
Reinkarnasiya_2019_right_01
Xezine_2019_right
Rafis_Ismayilov_feb_2019_right
Narmin_Ibrahimova_feb_2019_right_01
Arif_Aziz_2019_right
Etiraf_dec_2018_right
Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right