Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş "Gözəllik nuru" adlı sərgi və konsert

07.03.2012 - 12.03.2012

Sərgi Qalereyası
Təntənəli açılış: 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli musiqi komitəsi (MMK) və Muzey Mərkəzi

Mart, ilin füsünkar və hamının çox gözlədiyi gözəl bir fəslin - Yazın ilk ayıdır. Artıq çiçəklənmə, yeni həyat, parlaq gül-çiçək açan, gözə xoş gələn yaşıllıq vaxtı, lalələr və novruzgüllərin vaxtıdır. Əlbəttə ki, marta qadınların ayı demək olar, axı məhz bu ayda biz Beynəlxalq qadınlar gününü - 8 martı qeyd edirik. Səhər tezdən hər bir evdə bayram, bahar əhval-ruhiyyəsi duyulur. Bu gözəl gündə qadınlar güllər və hədiyyələri qəbul edərkən özlərini həyatın sahibələri kimi hiss edirlər. Və ümumiyyətlə, martda günəş daha parlaq işıq saçır, hava isə çiçəklərin istisi və ətri ilə dolur.

Azərbaycan- Şərqin ilk müsəlman ölkələrindən biridir ki, Beynəlxalq qadınlar gününü qeyd etmək ənənəsi artıq neçə on illərdir ki, davam edir və dərin köklərə malikdir. Bu gün də məişətimizə əsaslı şəkildə daxil olan bayramlardan biridir.

Beynəlxalq qadınlar gününə - 8 marta həsr olunmuş "Gözəllik nuru" adlı sərgi və konsert zərif cinsin nümayəndələri üçün gözəl bir bahar hədiyyəsi oldu. Tədbirin təntənəli açılışı 6 mart 2012-ci il saat 18.00-da baş tutdu.

Muzey Mərkəzinin Dairəvi zalında Azərbaycan Respublikasının tanınmış pianoçuları, xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadə, əməkdar artist Emil Əfrasiyab, əməkdar artist Salman Qəmbərovun rəhbərliyi altında caz triosu (Emil Həsənov -bas, Vaqif Əliyev – zərb alətləri), o cümlədən gənc, istedadlı vokalist İbrahim Nəsrullayevin (müəllim Məryəm Babayeva) iştirakı ilə konsert təşkil olundu.

Konsertdən sonra sərginin təntənəli açılışı oldu. Müxtəlifliyi ilə seçilən ekspozisiyada tanınmış görkəmli rəssamların və incəsənətdə ilk addımlarını atan gənclərin işləri – rəsm, heykətəraşlıq, foto, qrafika və gəlinciklər – təqdim olundu.

İstedadlı rəssamlar Bəyim Hacızadə, Qennadiy Brijatyuk, Elyar Alimirzoyev, Sakit Məmmədov, Hüseyn Haqverdiyev, Yavər Sultanov, İrina Eldarova, Əmrulla İsrafilov, Sirus Mirzəzadə, Eldar Qurbanov, Arzu Rzayev və Niyaz Nəcəfovun rəngarəng əsərlərini, Yelena Haqverdiyevanın sirli işləri, Zakir Əhmədov, Teymur Rüstəmov, Məmməd Rəşidov və Sahib Quliyevin qeyri-adi heykəllərini, Anna İbrahimbəyova, Tahir Məmmədov, Lala Ağayeva-Lambert, Fəxriyyə Məmmədova, Mariya Şutikova, Ruslan Məmmədov, Qrek Skexan və Sənan Əliyevin maraqlı foto-şəkillərini, Pərviz Hüseynov, İrina Qundorina, Anara Salmanovanın gözəl gəlinciklərini gördükdə sanki bahar günəşinin şüaları ilə dolmuş boyaların gözəl, sehirli aləminə düşdüyü hiss edilir. Sonsuz məhəbbət, sarsılmaz mehribanlıq, daxili ürəyiaçıqlıq, qayğı və alicənablığın rəmzi sayılan Aydın Əskərovun "Xoşbəxt qadın", Vüqar Əlinin "Nargilə", Miraslan Zeynin "Kitab ilə qadın" əsərləri qonaqların diqqətini xüsusilə, cəlb etdi.

Lala Ağayeva-Lambertin təşkilatçılığı ilə Dairəvi zala xüsusi parlaqlıq verən, çöldə baharın artıq gəldiyini xatırladan çiçək açan sakura budaqları da heç kimi biganə qoymadı.

Təşkilatçılar: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi və Milli Musiqi Şurası (MMŞ).
Layihənin müəllifi və kuratoru Milli Musiqi Şurasının prezidenti UNESCO yanında sənətşünaslıq doktoru Lalə Kazımova
Sərginin kuratoru Muzey Mərkəzinin direktoru Liana Vəzirova
Dairəvi zalın dizayn və işlənməsi Lala Ağayeva-Lambert
Tərtibatçı-rəssam Vüqar Əli

"Gözəlliyin nuru" sərgisində 54 rəssam iştirak etdi.
1. Rəngkarlıq əsərləri
2. Bəyim Hacızadə
3. Qennadiy Brijatyuk
4. Sakit Məmmədov
5. Mirnadir Zeynalov
6. Müseyib Əmirov
7. Elyar Alimirzoyev
8. Yavər Sultanov
9. Mayis Ağabəyov
10. Hüseyn Haqverdiyev
11. Yelena Haqverdiyeva
12. Əmrulla İsrafilov
13. İrina Eldarova
14. Sirus Mirzəzadə
15. Namik Məmmədov
16. Gülarə Məcidova
17. Əsmər Nərimanbəyova
18. Tofiq Qəzənfər
19. Turan Muxtarzadə
20. Məhəmməd Orucov
21. Natiq Fərəcullazadə
22. Sənan Səmədov
23. Nazim Yunisov
24. Sənan Qurbanov
25. Aydın Əsgərov
26. Eldar Qurbanov
27. Elşən Sərxanoğlu
28. Fərhad Yalquzaq
29. Mahmud Rüstəmov
30. İlahə Zeynalova
31. Vüqar Muradov
32. Arzu Rzayev
33. Emin Əsgərov
34. Niyaz Nəcəfov
35. Anar Hüseynzadə
36. Adil Yusifov
37. Vüqar Əli
38. Miraslan Zeyn
39. Leyla Nəsibova
40. Günay Mehdizadə
41. Heykəltaraşlıq
42. Zakir Əhmədov
43. Teymur Rüstəmov
44. Sahib Quliyev
45. Məmməd Rəşidov
46. Vüqar Quliyev
Kuklalar
47. Pərviz Hüseynov
48. İrina Qundorina
49. Anara Salmanova
Dekorativ Tətbiqi Sənət
50. Suğra Bağırzadə
Foto
51. Anna İbrahimbəyova
52. Liana Vəzirova
53. Tahir Məmmədov
54. Lala Ağayeva-Lambert
55. Qreq Skehan
56. Fəxriyyə Məmmədova
57. Mariya Şutikova
58. Ruslan Məmmədov
59. Sənan Əliyev
60. Xədicə Mövsumzadə

Xocali_film_2020_right
Pullman_ArtNight_jan_2020_right
Kamil_Najafzade_dec_2019_right
Aluminium_nov_2019_right
Seminar_Yoga_nov_2019_right
Bulat_Mekebayev_oct_2019
Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Arif_Aziz_2019_right
Carlos_Mota_2018_right
Fashion_Week_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right