Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

«Gözəllik Nuru - 2014» - 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi və konsert

05.03.2014 - 10.03.2014

Dairəvi zal, Sərgi Qalereyası
Vaxt: 18:00
Təşkilatçı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Şurası, “Kukla” Art-Qalereyası

Azərbaycanın Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art-qalereyasının təşkilatçılığı ilə təşkil olunmuş “Gözəllik nuru” illik layihəsi davam edir. Bu il layihədə Azərbaycan rəssamları ilə yanaşı, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Latviya, İtaliya, Fransa, Almaniya və Argentinadan olan rəssamlar da iştirak edirlər.
“Gözəllik nuru” – 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş təbrikdir, təsviri sənətlə musiqinin birləşməsi, vernisaj və konsertin sintezidir. Açılış mərasimi və konsert 4 mart tarixində saat 18:00-da Muzey Mərkəzinin Rotondasında (Dairəvi zalında) keçiriləcəkdir. Burada həmçinin gənc fotorəssamlar- Orxan Aslanov, Xədicə Mövsüm-zadə, Mariya Şutikova, Ruslan Məmmədov tərəfindən yaradılmış qadın obrazlarını təmsil edən fotolar nümayiş etdiriləcək. “Gözəllik nuru- 2014” layihəsinin digər əsərləri tamaşaçılara Muzey Mərkəzinin Qalereya zallarında təqdim olunacaq. Sərgi 9 marta qədər davam edəcəkdir.
Açılış mərasimində qonaqları və iştirakçıları ənənəvi olaraq xanımları bayramla təbrik edərək yalnız kişilərin çıxışlarından ibarət konsert proqramı gözləyir. Konsert proqramına xalq artistləri Murad Adıgözəlzadə (fortepiano), Murad Hüseynov (fortepiano) və Samir Cəfərovun (vokal) ifalarında musiqi nömrələri daxildir. Qonaqlar qarşısında həm də pianoçu Tofiq Şıxıyev, skripkaçı Osman Eyyubov və vokalçı İslam Qasımov öz peşəkar məharətlərini göstərəcəklər. Proqrama Elçin Şirinovun caz-triosu (Elçin Şirinov – fortepiano, Elcan Cəbrayılov – bas-gitara, Elvin Bəşirov – zərb alətləri) yekun vuracaq.
“Gözəllik nuru – 2014” layihəsinin vernisajında təşkilatçılar tərəfindən diqqətlə seçilmiş həm tanınmış, həm də gənc, lakin perspektivli müəlliflərin ən yaxşı əsərlərini görmək olacaqdır.
Bu layihədə bədii əsər seçiminin əsas prinsipi əlbəttə ki, peşəkarlıqdır. Lakin əsərlərin müsbət energetikası da vacib amillərdən biridir, çünki, layihə sevgi, gözəllik və bahar bayramına həsr olunub. Qocaman müəlliflərin və gənc peşəkarların bir çox işləri xüsusilə bu sərgi üçün yaradılmışdır. Yeri gəlmişkən, bu il layihə iştirakçıları sırasına diplomatik korpusdan xarici müəlliflər də daxil olmuşdur. Onlar Rusiya Rəssamlar İttifaqının üzvü, Rusiya səfirliyinin baş müşavirinin həyat yoldaşı Olqa Qladkova və Argentina səfiri Dante Rivanın həyat yoldaşı Marta Quesadadır.
Xüsusilə qeyd etmək lazımdır ki, bu il “Gözəllik nuru-2014” layihəsinin vernisajında ilk dəfə olaraq “Kukla” Art-qalereyasından olan kukla ustalarının işləri sərgilənəcək. Özü də ekspozisiyanın konsepsiyası elə qurulub ki, kukla kompozisiyalarının süjetləri rəsm əsərləri, qrafik vərəqlər, batika, çiçək panellər, fotokompozisiyalarla həmahənglik yaradır. Belə “bağlar”dan biri “Gözəllik nuru – 2014” layihəsinin bannerinə çıxarılmış vizit kartı olmuşdur. Məlik Ağamalovun bu triptixini (mərkəzi hissəsi- “Xanım” adlı qadın obrazı, yanları isə - natürmortlardır) Sankt-Peterburqdan olan kukla ustası Qulya Alekseyevanın Azərbaycan miniatürlərindən çıxmış gənc oğlan və qızı təsvir edən qoşa əsərləri çox gözəl şəkildə tamamlayır.
Sərgidəki bir çox əsərlər qadın gözəlliyini tərənnüm edir. Təəccüblü deyil ki, burada gözəl xanım qəhrəmanlarının iştirakı ilə çoxlu portret və süjet kompozisiyaları vardır. Bu həm Sakit Məmmədovun “Aktrisa”sı, həm Miraslan Zeynin “Kitab oxuyan qız”ı, həm Rəşad Mehdiyevin əsərində təsvir olunmuş qürurlu hökmran xanım, Vüqar Muradovun yatmış çılpağı, Nigar Babayevanın gülməli xanımları, Yavər Sultanovun "Türk hamamı"nda dolubədənli çimənləri, Marta Quesadanın parlaq Argentina xanımları, Olqa Qladkovanın al qırmızı şlyapalı qadını və Samirə Cavadovanın maskalı naməlum xanımı... Məmməd Orucovun real qadın obrazlarına daha yaxın olan, lakin inanılmaz dərəcədə ironik nazəninləri, Rəna Əmrahovanın solğun kədərli xanımları və Siruz Mirzəzadənin romantik qəhrəman xanımları. Eldar Babazadənin qəhrəmanları isə həyatın özü kimi çoxplanlı və rəngarəngdir.
Məşhur qrafikaçı- rəssam Arif Hüseynov “Gözəllik nuru – 2014” layihəsində özünün yeni “Xanımlara ithaf” seriyasını təqdim etmişdir. Qadın şəxsiyyətinin müxtəlif tərəflərini Məmməd Rəşidovun yüngül metal heykəlləri, Mahmud Rüstəmovun əsəri olan şərq libaslı ciddi bürünc Amazon xanımlar, Zakir Əhmədovun zərif amma güclü gözəlləri (onların arasında incə qaməti ilə çiyinlərində öküzü asanlıqla daşıyan “Fitnə” daha çox seçilir). Bura Vüqar Əlinin “Nurlu gün”dən olan qızını və Mehriban Əfəndinin şərqsayağı əlvan və parlaq nağıl qəhrəmanlarını da aid etmək olar. Eləcə də Natiq Fərəcullazadənin qızları, - bu müəllif üçün üz cizgiləri elə də vacib deyil, onun üçün əsas ümumiləşdirilmiş və incəlik dolu obrazın göstərilməsidir. Anar Hüseynzadənin kətan üzərində cakuzidəki xanım obrazı bu qəbildən olan əsərlərdəndir.
Bu vernisajda olan kuklalar – ancaq qadın obrazlarıdır. Pərviz Hüseynov və İrina Qundorina, Fərəh Əliyeva, Tamilla Qurbanova kimi yerli sənətkarlar, həmçinin əcnəbi kukla ustaları bizə qadın gözəlliyi və xarakterinin müxtəlifliyini nümayiş etdirirlər.
Bunlar həm şıltaq və süst gözəllər, həm incə xanımlar, həm avam təvazökar xanımlar və fantastik aləmlərin sakinləridir... Onlar elə müxtəlifdirlər ki, - Hüseynov və Qundorinanın “Karamel latte”lərindəki qayğısız qəhrəmanı, italyan Laura Skattolinin “Boz libaslı qız”ı, Almaniyadan olan rəssam Siu Linq Vanqın irigözlü təvazökar xanımları, Qalina Dmitrukun (Belarus) faciəvi “Qış albalı”sı, Yelena Mixaylovanın (Latviya) möhtəşəm “Maska”sı və bir çoxları.
Eyni zamanda gözəllik insan gözəlliyindən də geniş anlayışdır. Buna görə də “Gözəllik nuru – 2014” layihəsinin vernisajında güllər və təbiətin bəxşişlərini əks etdirən natürmortlar çoxluq təşkil edir. Bu möhtəşəm bəxşişlər təsadüfi deyil ki, ənənəvi olaraq qadın obrazları ilə müqayisə edilir və rəssamlar da onların oxşarlıqlarını incəliklə qeyd edirlər.
Bununla əlaqədar Tatyana Ağababayevanın “Maqnoliya” (batika) pannosunu, Aqşin Kazımov, Nazim Yunusovun güllərini qeyd etmək yerinə düşərdi.
Bürünc, kətan və ya digər material üzərində donub qalmış ruh və fikir hərəkətləri həyəcanlı və eyni zamanda nikbin gözləmə ilə Bəyim Hacızadənin “Bahar”, Faiq Hacıyevin rəmzi olaraq qadın ayaqqabısı kimi çoxmənalı ideya üzərində qurulmuş “Şou” heykəltəraşlıq kompozisiyası kimi müəllif əsərlərini ifadə edir.Yaxud Yelena Haqverdiyevanın kətanındakı karnaval kostyumlarında təsvir olunmuş qucaqlaşan cütlük. Yaxud Gülarə Məcidova və Leyla Altunayın mücərrəd kompozisiyaları. Yaxud İrina Eldarovanın ürəkciklər kimi ənənəvi simvolun gözlənilməz olaraq ciddi şəkildə istifadə olunduğu kətanları.
Foroqrafların işləri qadın mövzusuna yanaşma müxtəlifliyi ilə təəccübləndirir. Bu hətta eyni müəllifin yaradıcılığı daxilində elə fərqli obrazlardır ki, tamaşaçını düşünməyə vadar edəcək. Amma bunu bütün layihə haqqında da deyə bilərik, çünki qadın gözəlliyi - zamandan kənar və daim dəyişkən, lakin dəyişilməz cazibədar bir hadisədir.

Kamil_Najafzade_dec_2019_right
Aluminium_nov_2019_right
Seminar_Yoga_nov_2019_right
Bulat_Mekebayev_oct_2019
Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Arif_Aziz_2019_right
Carlos_Mota_2018_right
Fashion_Week_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right