Rus muzeyi

Ümumi məlumat

8 marta








Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dram teatrının binası və s.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Bu binada aşağıdakı muzeylər yerləşir:

Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi

L.Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi Azərbaycan xalq tətbiqi sənətinin bütün rəngarəngliyini və zənginliyini özündə birləşdirmişdir. Muzeyin kolleksiyası 10.000 nadir, orijinal xalça və tətbiqi sənət nümunələrindən ibarətdir. Muzeydə milli kolorit və xarakteri özündə əks etdirən əşyalardan başqa, dekorativ və xalq tətbiqi sənəti nümunələri – bədii tikmə, milli geyim, qızıldan və gümüşdən hazırlanmış zərgərlik məmulatları, soyuq silah nümunələri, daş və ağac əşyaları saxlanılır. Bir çox eksponatlar qədim zamanlardan, tunc dövründən bizə qədər gəlib çıxmışdır. Muzeyin kolleksiyası xovsuz xalçalardan, müxtəlif palaz, cicim, kilim, şəddə, vərni, sumax və s.-dən ibarətdir.
Muzeyin ekspozisiyası ikinci mərtəbədə, on üç (13) zalda yerləşir. İnzibati idarə heyəti birinci mərtəbədə - sağ cinahdadır. Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyinin direktoru Röya Seyfəddin qızı Tağıyevadır.

Əlaqə telefonları:

(+99412)4930501
(+99412)5980583
(+99412)4936685
(+99412)4932019
(+99412)4934417
(+99412)4933118

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür. Proqram və afişalar, əlyazmaları, məktublar, rejissor şərhləri və rol dəftərləri, foto və neqativlər, geyim və dekorasiya eskizləri, tamaşaların maketləri, şəxsi əşyalar və rekvizitlər, teatr kostyumları və kuklalar, obrazlar, səs yazıları və kinolentlər olduqca qiymətlidir. Muzey eksponatlarının əsas hissəsi orijinaldır.
Muzeyin ekspozisiyası üçüncü mərtəbədə, yeddi (7) zalda yerləşir. İnzibati otaqlar isə birinci mərtəbənin sol cinahında yerləşir.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru – Nuridə Həmdulla qızı Nurullayevadır.

Əlaqə telefonları:

(+99412)4934098
(+99412)4343120
(+99412)4931754
(+99412)4930229

Azərbaycan İstiqlal Muzeyi.

Azərbaycan İstiqlal Muzeyinin əsası 1991-ci il, yanvarın 9-da qoyulmuşdur. Hal-hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır.
Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyası üçüncü mərtəbədə altı (6) zalda, inzibati şöbə isə birinci mərtəbənin sol cinahındadır. Azərbaycan İstiqlal Muzeyinin direktoru Şəmsi Fəridə Məhəmməd qızıdır.

Əlaqə telefonları:

(+99412)4988382
(+99412)5984394
(+99412)4939293
(+99412)4988351
(+99412)4933017

Azərbaycan Dövlət Din Tarixi Muzeyi

1967-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin 130 nömrəli qərarı ilə yaradılan Ateizm Tarixi muzeyi 1990-cı ildə Nazirlər Kabinetinin 414 nömrəli qərarı ilə Azərbaycan Dövət Din Tarixi Muzeyi kimi fəaliyyət göstərməyə başlayıb.
1993-cü ilin iyunundan 4.000 eksponatı olan muzey, Muzey Mərkəzinin binasında yerləşir. Muzeyin elmi fondu bəşəriyyətin hələ lap qədim dövrlərdən dini anlayışlarını əks etdirən rəngkarlıq, heykəltəraşlıq, qrafika, fotoqrafiya, kitablar və əlyazmaları, qəzetlər, jurnallar, sənədlər və başqa əşyalardan ibarətdir. Bunlar Buddizm, İudaizm və İslama aid eksponatlardır.
Fondun ən unikal eksponatları Buddanın daş-qaşlarla bəzədilmiş tökmə fiqurları və eləcə də parça səth üzərində işlənmiş ikonalardır. Fondda Talmudun keçən əsrin əvvəllərindən toplanmış nümunələri saxlanılır. Muzeyin fondunun əsas hissəsi Xristianlığa həsr olunmuş eksponatlardır: İncil, ikonalar, ağac, kətan, metal üzərində təsvirlər, keşişlərin kəşkülləri, dini mövzuda rəngkarlıq əsərləri və başqa unikal işlərdir. İslam dini bölməsində əlyazma Quranların müxtəlif illərdə ərsəyə gəlmiş böyük bir kolleksiyası, Azərbaycan rəssamlarının dini mövzularda çəkdikləri əsərlər, dini mərasimləri keçirmək üçün əşyalar, çoxlu fotolar və qəzet-jurnal arxivi saxlanılır.

Əlaqə telefonları:

(+99412)4939243

Eləcə də dördüncü mərtəbədəki beş zalda yerləşir:
- Şəhərimizin ən böyük və gözəl qalereyalarından biri – Sərgi Qalereyası

- Təqdimat mərasimləri, konsertlər və başqa dövlət tədbirlərini keçirmək üçün şüşə tavanlı Dairəvi zal

Muzey Mərkəzinin Akt zalı binanın ikinci və üçüncü mərtəbələri arasında yerləşir. Burada konfranslar, dəyirmi masalar, seminarlar, simpoziumlar, kino-axşamlar və başqa tədbirlər keçirilir

Binanın qısa təsviri:

Размеры здания:
Ölçüləri - 46.800 m³,
Ekspozisiya üçün zalların ümumi sahəsi – 3700 m².
Akt zalı – 150 nəfərlik- 240 m².
Dairəvi zal - 230 m².
Sərgi Qalereyası - 230 m² və ekspozisiya sahəsi - 700 m².

Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya- maarifləndirici mərkəzinin açılışı


2008-ci il, aprelin 9-da Muzey Mərkəzinin akt zalında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açılışı oldu. Bu mərkəz YUNESKO-nun Moskva bürosunun, Dövlət Rus muzeyinin və Sankt Peterburq hökumətinin xarici əlaqələr лomitəsinin dəstəyi ilə həyata keçmişdir. İlk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin bazasında Rus muzeyinin virtul filialı işə başladı.Açılış mərasimində Sankt-Peterburq və Bakı arasında videokonfransəlaqə seansı keçirildi...>>>

Love_story_little_az
black_white_new_little_az
Muslim_Eldarov_right_az
Muzeydə caz gecələri