Сайт создан при финансовой поддержке Бюро ЮНЕСКО в Москве
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Muzey Mərkəzi
İçindəki
COVID-19
Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVID-19) yayılması təhlükəsi ilə əlaqədar olaraq Azərbaycanda fəal şəkildə mühüm bir təşəbbüs həyata keçirilir - vətəndaşların könüllü sosial təcrid olunması. Muzey Mərkəzi də daxil olmaqla ölkəmizdəki bir çox mədəniyyət müəssisələri 29 aprel 2020-ci il tarixinə qədər ziyarətçilər üçün bağlıdır.
Məhz indi sizə daha yaxın olmaq istəyirik. Azərbaycan Muzey Mərkəzinin şüarı hər zaman ziyarətçiləri gözəllik dünyası ilə tanış etmək olub və biz sizə xoşbəxtlik və sevinc dolu hisslər bəxş etməyə çalışmışıq. Sizin üçün sevgi ilə hazırladığımız tədbirlər hər zaman sənətkarların - həm görkəmli ustadların, həm də gənc müəlliflərin yaradıcılığının müxtəlif cəhətlərini sizə təqdim edib. Biz sosial təcrid günlərində də şüarımıza sadiqik. Əvvəlkitək sizi son dərəcə nikbin əhval-ruhiyyəyə kökləmək istəyirik.
Bu günlərdə biz də digər muzeylər kimi, ziyarətçilər və sosial şəbəkələrdəki səhifələrimizin abunəçiləri üçün, haqqımızda olan bir sıra nəşrlər silsiləsini təqdim edirik. Muzey Mərkəzinin fəaliyyəti ilə sizi online-rejim vasitəsilə tanış edəcəyik. Planlarımıza gələcək tədbirlərimizin anonsları, gördüyümüz işlərin retrospektivi və daha nələr daxildir. Siz Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirdiyimiz – birgə və fərdi, tanınmış rəssamların və gənc istedadların, müxtəlif istiqamətlər üzrə mütəxəssislərin - rəngkarların, qrafika ustalarının, heykəltəraşların, tətbiqi-sənət ustalarının, fotorəssamların sərgiləri barədə hesabatlarımızı görəcəksiniz. Muzey Mərkəzimiz həmçinin genişmiqyaslı beynəlxalq tədbirlər də təşkil edib və biz onlar haqqında da hesabatlarımızda məlumat verəcəyik.
Evdə qalın və bizimlə olun! Maraqlı olacağına zəmanət veririk. Sizin bizimlə olmağınızın və dəstəyinizin bizim üçün ən böyük sevinc olduğunu unutmayın!
Tel.: +994502732180
E-mail: museumcenter@mail.ru
Facebook: https://www.facebook.com/museumcenterbaku/