“Rus Muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinə dəstək üçün yaradılmış veb-saytın təqdimatı

25.09.2009

2009-cu il, 25 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında YUNESKO-nun Moskva Bürosunun “Rus muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçirilmişdir.

 

Resursun İnternet ünvanı - https://www.museumcenter.az.

 

 

Müasir cəmiyyətdə texnologiyaların inkişafı həm ayrı-ayrı insanlar və təşkilatlar arasında, həm də ölkələr, kontinentlər və mədəniyyətlər arasında yeni ünsiyyət üsullarının meydana gəlməsinə gətirib çıxarmışdır. Təqribən 10 ildir ki, Muzey Mərkəzi öz fəaliyyətində kompüter texnologiyalarının tətbiqini nəzərdə tutan işlərə başlamışdır. 2000-ci ilin əvvəllərindən sərgi və keçirilən tədbirlərdə multimedia materiallarının yaradılması üzrə iş gedir. Muzey Mərkəzinin informasiya köşkündə Mərkəzin tarixi və fəaliyyəti haqqında proqramlar quraşdırılmışdır. 2008-ci ildə Muzey Mərkəzində Bakı əhalisi və qonaqları üçün müasir texnologiyalar vasitəsilə Rus Muzeyinin sərvətləri ilə birbaşa təmasda olmağa imkan verən “Rus muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi açılmışdır.

 

Kompüter proqramlarının, habelə külli miqdarda nəşr, foto və video materialların toplanması nəticəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin vebsaytının yaradılması ideyası meydana gəldi.

Saytın yaradılmasında partnyor qismində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası çıxış etmişdir.

Vebsaytın yaradılması “Media Design” studiyasında həyata keçirilmişdir.

Vebsayt Bakıda 2007-ci ildə yaradılmış “Rus muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, həmçinin bir qrup ölkələr ərazisində və ondan xaricdə Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edir.

Vebsayt 3 dil - Azərbaycan, Rus və İngilis versiyasına malikdir və çox böyük auditoriya üçün açıqdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərvətləri yaradıcı dizayner işləmələrinin İnternet texnologiyalarının son nailiyyətləri ilə sintezi həm Azərbaycanda, həm də bütün dünyada qlobal şəbəkə istifadəçiləri üçün açıq etdi. Sayt foto və video materiallarla zəngindir və müasir multimedia icra üsulları onların İnternet şəbəkəsi vasitəsi ilə baxılmasına imkan yaratmışdır.

Saytın dizaynı ciddi klassik üslubda tərtib olunub.

Sayt geniş axtarış sistemi ilə təchiz olunub.

Texniki işləmələr saytın “canlı” olmasını və “Rus muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin bütün fəaliyyətinin dinamik əks etdirilməsinə imkan vermişdir.

Vebsayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilmiş və Muzey Mərkəzinin fəaliyyəti ilə bağlı olan sorğu verdikdə ilk cavab sətirlərində çıxması təmin olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi və “Rus muzeyi: virtual filial” portalı arasında olan ikitərəfli isnad mübadiləsi saytın tez bir zamanda Qlobal Şəbəkənin “mədəniyyət seqmentinə” qatılmasına yardım etmişdir.

Saytın tərkibi bir neçə blokdan ibarətdir. Bakıda 2007-ci ildə yaradılmış “Rus muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzinə həsr olunmuş blokda İTM-nin yaranmasının tarixi, açılışı və fəaliyyəti haqqında məlumat əks olunub. Sayt vasitəsilə İTM-nin strukturu haqqında məlumat almaq, mediatekaya təfərrüatlı baxış etmək, ziyarətçilər üçün faydalı məlumat tapmaq və keçirilmiş tədbirlərlə tanış olmaq imkanı yaradılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında blok Mərkəzin fəaliyyət konsepsiyası, yaranma tarixi, keçirilən sərgi və layihələr haqqında məlumat, ziyarətçilər üçün məlumat, beynəlxalq proqramlarda iştirak və buraxılan məhsullar haqqında məlumatı əks etdirir.

Keçirilən tədbirlərin təqvimini xüsusi qeyd etmək lazımdır. Burada Muzey Mərkəzinin çoxillik fəaliyyəti əks olunub və İnternet şəbəkəsinin istifadəçiləri burada Muzey Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda məlumat ala bilərlər. Keçirilmiş və planlaşdırılan tədbirlər haqqında tam məlumat almaq üçün müvafiq dövrü seçmək kifayətdir. Burada təntənəli dövlət və ictimai hadisələr, mədəniyyətlərarası ünsiyyət tədbirləri, klassik və konsepsual sənət sərgiləri, ölkənin mədəni həyatında olan hadisələr, fotosərgilər, uşaqlar üçün və digər tədbirlər haqda məlumat yerləşdirilib.

“Sərgi və layihələr” bölməsində Muzey Mərkəzinin kəmiyyətcə daima artan şəxsi layihələrinin ətraflı təsviri verilmişdir.

Binanın memarlıq gözəlliyi və bəzəyi barədə Muzey Mərkəzi haqqında bölmədə danışılır. Bu bölmədə muzeyin binası, koordinatları, yerləşmə sxemi, bina və onun yeri haqqında tarixi məlumatlar verilir. Akt zalı, İncəsənət Qalereyası, Dairəvi zal və muzey köşkü ətraflı təsvir edilir.İncəsənət Qalereyasına həsr olunmuş bölmədə müasir Azərbaycan təsviri sənət nümayəndələrinin, o cümlədən Arif Hüseynov, Sara Manafova, Marqarita Kərimova-Sokolova, Vüqar Əli, Elşən Sərxanoğlu, Emin Əsgərov, Niyaz Nəcəfov, Eldar Babazadə, Rəşid İsmayılov, Vüqar Muradov də digərlərinin işləri yer almışdır. Eləcə də videomateriallar, o cümlədən rəssamların müsahibələri, sərgilərin açılışı və digər tədbirlərdən hazırlanmış reportajlar əks olunub. Saytda ətraflı əlaqə məlumatı əks olunmaqla yanaşı, ziyarətçilərə İnternet vasitəsilə Muzey Mərkəzi ilə əlaqə qurmaq imkanı da yaradılmışdır.

Saytın istifadəyə verilməsi Bakıda 2007-ci ildə yaradılmış “Rus muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzinin gələcək inkişafına xidmət edəcək, Azərbaycan mədəniyyətinə əlavə auditoriyanı cəlb edəcək, müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan mədəniyyəti ilə daha yaxından və geniş tanış olmasına imkan yaradacaq, ölkədə və ölkədən kənarda vahid mədəniyyət-informasiya məkanının genişləndirilməsinə və xalqlararası əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir.

Təqdimat mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev qısa giriş sözü ilə çıxış etmişdir.

YUNESKO işləri üzrə Milli Komissiyanın Bakıdakı Məsul katibi Günay Əfəndiyeva YUNESKO-nun Moskva Bürosunun direktoru cənab Dendev Badarçın adından onun Təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Təqdimat mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Kroxin Oleq Aleksandroviç, Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun müdiri Azadə Hüseynova, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycanda Avropanın iqtisadiyyat, sənaye və ticarət palatasının prezidenti Nizami Piriyev, politoloq Eldar Namazov, o cümlədən müxtəlif ölkə səfirliklərinin, mədəniyyət mərkəzlərinin, biznes kompaniyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, rəssamlar iştirak etmişlər. Vebsaytın təqdimatı “Media Design” studiyasının direktoru Samir Qasımov tərəfindən həyata keçirilmişdir.