Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi

Ekspozisiya

Ekspozisiya

Ətraflı
Dairəvi zal

Dairəvi zal

Ətraflı
Sərgi Qalereyası

Sərgi Qalereyası

Ətraflı
Akt zalı

Akt zalı

Ətraflı
Muzey Mərkəzinin binası

Muzey Mərkəzinin binası

Ətraflı
Muzey Mərkəzi haqqında

Muzey Mərkəzi haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Muzey Mərkəzinin direktoru – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova.

Daha çox

Faktlar və rəqəmlər

  • Keçirilmiş tədbirlər

    800

    Keçirilmiş tədbirlər

  • Tamaşaçı

    250000

    Tamaşaçı

  • Ekspozisiya üçün zalların ümumi sahəsi

    3700

    Ekspozisiya üçün zalların ümumi sahəsi

  • Binanın ölçüləri

    46800

    Binanın ölçüləri

Muzey Mərkəzinin obyektləri

Eləcə də dördüncü mərtəbədəki beş zalda yerləşir:

- Şəhərimizin ən böyük və gözəl qalereyalarından biri – Sərgi Qalereyası

- Təqdimat mərasimləri, konsertlər və başqa dövlət tədbirlərini keçirmək üçün şüşə tavanlı Dairəvi zal

- Muzey Mərkəzinin Akt zalı binanın ikinci və üçüncü mərtəbələri arasında yerləşir. Burada konfranslar, dəyirmi masalar, seminarlar, simpoziumlar, kino-axşamlar və başqa tədbirlər keçirilir

Tarixə səyahət

Tarixə səyahət

“Bir şəhərin tarixi” məqaləsindən bir parka (Azərbaycanın əməkdar inşaatçısı Arif Şahbazovun xatirələri). “Exo” qəzeti, 8 dekabr, 2001-ci il

Daha çox

Muzey Mərkəzinin binası

Sovet dövrü

Sovet dövrü

V.İ.Lenin adına Mərkəzi Muzeyin Bakı filialı haqqında qısa məlumat

Daha çox

Ziyarətçilərin rəyləri

Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi

Rəssamlıq sənətinin əsərləri ilə ön cərgəsində parlayan Fikrət İbrahimlinin sərgisində iştirak edərək onu özüm kəşf etmiş oldum. O, əsərlərində zəngin mədəniyyətimiz, tariximizin keçmişinin və bu gününün bütün çalarlarını böyük məharətlə, ustadcasına əks etdirmişdir.
Sərginin təşkilatçısı və ideyaçısı olan millət vəkili Qənirə xanım Paşayevanın böyük sənətkarlara diri ikən qayğı göstərib, dəyər verməyi təqlid ediləcək bir örnəkdir.
Dərin hörmətlə
səfir Abbasəli Həsənov
16 dekabr 2022

Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi

Çox hörmətli Ülviyyə xanım! Bu möhtəşəm sərginiz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sərgini seyr etməkdən doymaq olmur, çünki hər bir əsərin harmonik koloriti, rənglər aləmi,obraz və simvollar aləmi,insanı nağıllar aləminə aparır sanki...
Hər bir əsərə əslində ayrıca bir gün həsr etmək olar ki,kifayət qədər seyr etmək olsun. Əlbəttə ki, sizin çox möhtəşəm zəhmətsevərliyiniz göz qarşısındadır və bəzən heyranlıq doğurur.Sərginizdən çox böyük təəssüratlarla ayrılıram.
Rəssam
Əbdüləmi Nadir Əliyev
28 oktyabr 2022

Rəssam Vədud Müəzzinin fərdi sərgisi

Əzizimiz Vədud bəy! Sizin əsərlərinizlə ayrı- ayrı yerlərdən tanış idim. İlk dəfədir sizin rəsm sərginizdə iştirak etdim. Çox məmnun qaldım. Yaratdığınız əsərlər qərinələri özündə daşıyır və məncə insan duyğularının ən ali təzahürüdür. Sizin hər bir əsərinizdə həyat eşqi, sülh istəyi canlanır. Sizə bundan sonra da uğurlu yaradıcılıq, sağlam can arzu edirəm. Hörmətlə,
Aşıq Əli
22 may 2019

Təsviri incəsənət sərgisi “Venesiya Maskaların Sirləri”

Muzey mərkəzi, Sərgi qalereyasının işçiləri, başda Liana xanım Vəzirova olmaqla, gözəl,
xeyirxah işlə məşquldurlar. Bu axşam təşkil olunan Venesiya Maskalarının Sirləri sərgisi insanların mənəviyyatını zənginləşdirərək, gözəllik aşılayır. Mən dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yeni-yeni uğurlar diləyirəm.
Amaliya Pənahova
Xalq artisti, Dövlət mükafaları laureatı, sənətşunaslıq doktorı, professor, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru
19 dekabr 2012

“Ermənistanın Azərbaycana təcavüzünün 20 ili” adlı rəsm müsabiqəsi

Mədəniyyət Nazirliyinə, Muzey Mərkəzinə “Müharibə uşaqların gözü ilə” Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 illiyinə, Xocalı Soyqırımının 16 illiyinə həsr olunmuş Uşaqdan Uşağa Sülh Şəbəkəsinin təşkil etdiyi sərginin dəstəklənməsinə görə öz minnətdarlığımı bildirirəm. Bu sərginin uşaqlarımızı, gənclərimizi vətənpərvərlik, sülhpərvərlik ruhunda tərbiyyələndirməkdə olduqca böyük əhəmiyyəti var.
Sülh uzaqda deyil, uşaqları bu günlərə hazırlamaq vacibdir.
Çox sağolun! Xoş məramlı tədbirlərin, günlərin carçısı olun.
Elmira Süleymanova
Professor
Sabiq Ombudsman
25 fevral 2008
Bütün rəylər