Struktur

“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin əsası mediatekasıdır. 

“Rus muzeyi: virtul filial” informasiya-Maarifləndirici mərkəzi iki funksional zonadan ibarətdir: multimedia kino-teatrı və informasiya-tədris sinfi.

 

2008-ci ilin mayında Muzey Mərkəzində multimedia kino-teatrı açıldı. Bu, “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin yaradılmasının ilk mərhələsi oldu. Multimedia kino-teatrı sahəsi 255 m2 və 150 yerdən ibarət, ən yeni avadanlıqla, kompüter, DVD-pleyer, audi-sistemlə təchiz olunmuş zaldan ibarətdir.

Kino-teatrda Rus muzeyində yaradılmış son informasiya texnologiyalarına və virtual həqiqətlərə cavab verən multimedia filmləri və proqramları nümayiş etdirilir. Bu proqramlar nəinki Rus muzeyinə daxil olan saray və parklara virtual ekskursiya etməyə imkan verir, həm də tamaşaçılara itirilmiş interyerləri bir daha görmək imkanı yaradır. Müasir kompüter texnologiyalarının hesabına tamaşaçılarda bir tablodan digərinə keçmək üçün xüsusi ölçülü sahədən istifadə edilir.

Gələcəkdə Muzey Mərkəzində kompüterlərlə təchiz edilmiş informasiya tədris sinfinin açılması nəzərdə tutulmuşdur.

Hazırda virtual filialda fərdi tamaşaçılar üçün informasiya xidməti təşkil olunur ki, bunun da nəticəsində istənilən adam mediatekaya daxil olub Rus muzeyinin materialları ilə tanış ola bilər. Burada göstərilən interaktiv multimedia proqramları CD, DVD, videofilmlər Rus muzeyinin kolleksiyasından, rus incəsənətinin tarixi, muzey kompleksinə daxil olan saray və pakların tarixindən söhbət açır.