C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
 

1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür. Proqram və afişalar, əlyazmaları, məktublar, rejissor şərhləri və rol dəftərləri, foto və neqativlər, geyim və dekorasiya eskizləri, tamaşaların maketləri, şəxsi əşyalar və rekvizitlər, teatr kostyumları və kuklalar, obrazlar, səs yazıları və kinolentlər olduqca qiymətlidir. Muzey eksponatlarının əsas hissəsi orijinaldır.

Muzeyin ekspozisiyası üçüncü mərtəbədə, yeddi (7) zalda yerləşir. İnzibati otaqlar isə birinci mərtəbənin sol cinahında yerləşir.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru – Sevinc Sadəddin qızı Mikayılovadır.

Əlaqə telefonları:
(+99412) 4934098
(+99412) 4343120
(+99412) 4931754
(+99412) 4930229