Muzey köşkü
Muzey köşkü Muzey Mərkəzinin vestibül (dəhliz) zonasında yerləşir. Burada qonaqlar və sərgilərin iştirakçıları müxtəlif çeşidli süvenir mallar, o cümlədən:
- Azərbaycan və Bakı haqqında yol kitabları,
- Azərbaycan mədəniyyəti tarixindən bəhs edən CD və DVD,
- rəngarəng kataloqlar, Muzey Mərkəzinin Sərgi Qalereyasının kolleksiyalarına həsr olunmuş kataloqlar və məşhur Azərbaycan rəssamlarının kataloqları,
- Bakı və Azərbaycan haqqında turist xəritə və sxemləri,
- Bakı və Azərbaycan haqqında kitablar,
- uşaqlar üçün kitablar,
- jurnallar (Azərbaycan tarixi və incəsənəti haqqında), qəzetlər və dövrü nəşrlər,
- maqnitlər, breloklar və başqa süvenirlər,
- Bakı, Azərbaycan və Muzey Mərkəzinin Sərgi Qalereyasının fondunda saxlanılan əsərlərin görüntüləri olan açıqcalar,
- Bakı və Azərbaycan haqqında fotoalbomlar tapa bilərlər.
Burada eləcə də Bakıda və Azərbaycanın bölgələrində yerləşən muzeylər, teatrlar, konsert salonları, qalereyalar haqqında hər hansı bir müfəssəl məlumat əldə etmək mümkündür. Muzey köşkü ilə yanaşı məlumat köşkü də fəaliyyət göstərir ki, bu da sizə Muzey Mərkəzinin son 3 ildəki fəaliyyəti haqqında müfəssəl məlumat vermək imkanındadır.