Сайт создан при финансовой поддержке Бюро ЮНЕСКО в Москве
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm
Nazirliyinin Muzey Mərkəzi
İçindəki
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi münasibətilə qəhrəman-şəhərlərə virtual səyahət
Akt Zalı
Vaxt: 15:00
Təçkilatçı:“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzi
22 aprel, 2010-cu ildə Muzey Mərkəzinin Akt Zalında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi münasibətilə qəhrəman-şəhərlərə virtual səyahət təşkil olundu. Tədbirdə Bakı şəhərinin müxtəlif təhsil ocaqlarının 150-dən çox şagirdi iştirak edirdi. “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzin əməkdaşı tədbir iştirakçılarına Brest qalası mühafizəçilərinin qəhrəmanlığı, Leninqrad şəhərinin mühasirəsi, Moskvanın müdafiəsi və Stalinqrad döyüşü haqqında danışdı. Bu zaman tamaşaçılara qəhrəman-şəhərlərin tarixi abidələri barədə slayd-şou təqdim olundu. Virtual səyahətin sonunda viktorina təşkil edildi. Qaliblər Bakı şəhərindəki Rusiya informasiya-mədəniyyət mərkəzinin nümayəndəsi tərəfindən hədiyyələrlə mükafatlandırıldılar.
Xəbərlər
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya- maarifləndirici mərkəzinin açılışı

2008-ci il, aprelin 9-da Muzey Mərkəzinin akt zalında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açılışı oldu. Bu mərkəz YUNESKO-nun Moskva bürosunun, Dövlət Rus muzeyinin və Sankt Peterburq hökumətinin xarici əlaqələr лomitəsinin dəstəyi ilə həyata keçmişdir. İlk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin bazasında Rus muzeyinin virtul filialı işə başladı.Açılış mərasimində Sankt-Peterburq və Bakı arasında videokonfransəlaqə seansı keçirildi...>>>






