Rus muzeyi

Sərgi Qalereyası


Muzey Mərkəzinin dördüncü mərtəbəsində paytaxtımızın ən gözəl qalereyalarından biri yerləşir. Beş zaldan ibarət olan (ümumi sahəsi 400 m²) Sərgi Qalereyası, ekspozisiya sahəsi 700 m², lazımi işıq və səs avadanlıqları ilə təchiz olunmuşdur. Bu məkanın unikallığı ondadır ki, gündüz eksponatlar yuxarıdan düşən təbii işıqla işıqlandırılır.

Qalereyada ən müxtəlif profilli sərgilər böyük müvəffəqiyyətlə keçmişdir: “Ayna” birinci Bakı foto-festivalı, “Bakı-Abşeron” memarlıq abidələri sərgisi, “Xalı”, Bakıda Polşa memarlarının yaradıcılığı, müasir və konseptual sənətə həsr olunmuş “Alüminium” sərgiləri, “Kişi və Qadın”, ingilis rəssamı Frensis Liçin “Süvenir” xeyriyyə sərgisi, qaçqınlara həsr olunmuş foto və bədii əsərlər sərgisi, Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin fəsilləri” silsilə sərgilər çərçivəsində “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri , 2007-ci ilin son xüsusi layihəsi olan “Məhəbbət göy qurşağı” sərgisi, “5+” müasir rəngkarlıq sərgisi, “Mozalan” sərgisi, məşhur “Ralf Loren”, “Kartye” və başqa brendlərlə əməkdaşlıq edən alman fotoqrafı Klaus Vikratın sərgisi (sərgi “Beş istiqamət” adlanırdı və müəllifin ən yaxşı işlərindən ibarət idi ki, bu da 5 qrupa bölünürdü: çiçəklər, qadınlar, uşaqlar, zinət əşyaları və Kosta-Rika), N.Tusi adına İncəsənət gimnaziyasının uşaq sərgisi, məşhur bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun himayəsi altında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan fərdi sərgisi...

Sərgi Qalereyası – rəngkarlıq, qrafika, foto, heykəltəraşlıq, dizayn, müasir və konseptual sənət, uşaq yaradıcılığı və xalq tətbiqi sənəti sərgilərinin keçirilməsi üçün ən yaxşı məkandır. Və nəhayət, siz burada gündəlik həyatın yeknəsəkliyindən müvəqqəti ayrılıb əsl sənət aləminə baş vura bilərsiniz.

Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya- maarifləndirici mərkəzinin açılışı


2008-ci il, aprelin 9-da Muzey Mərkəzinin akt zalında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açılışı oldu. Bu mərkəz YUNESKO-nun Moskva bürosunun, Dövlət Rus muzeyinin və Sankt Peterburq hökumətinin xarici əlaqələr лomitəsinin dəstəyi ilə həyata keçmişdir. İlk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin bazasında Rus muzeyinin virtul filialı işə başladı.Açılış mərasimində Sankt-Peterburq və Bakı arasında videokonfransəlaqə seansı keçirildi...>>>

Summer_exhibition_little_az
Matbakht_little
Fuad_Qafar_little
Sara Manafova little
Gold_fish_little
Arshin_little
Exhibition of Anvar Askerov little