Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

“Alümin. İncəsənət + yeni yexnologiyalar” festivalı

04.11.2003 - 07.11.2003

“Müasir muzey” sərgisi
Muzey Mərkəzi (quraşdırma, video quraşdırma, perfomans, fotoqrafiya, obyekt)

XX əsr mühüm kəşflər və ixtiralar dövrüdür. Elmi – texniki inqilab insan fəaliyyətinin bütün sahələrində yeni texnologiyalardan istifadə üçün geniş imkanlar yaratdı. XX əsrin nailiyyətləri yeni insan obrazı və onun mühitini, bütövlükdə yeni həyat tərzini formalaşdırdı.

Texnoloji proseslər müasir sivil cəmiyyətin artıq onlarsız təsəvvür belə edilməyən üzvi hissəsinə çevrilmişdir. Müasir durum daim yeniləşən, bədii ideyalar əsnasında yaranan yeni vizual formalar tələb edir.

Ənənəvi incəsənət formaları isə artıq XXI əsr insanının tələbatlarını tam qane etmək iqtidarında deyil. Yeni nəslin praqmatizmi, həyat ritmi, gün ərzində alınan informasiya həcmi yeni, orijinal incəsənətin yaranmasına səbəb oldu. Musiqidə daha çox ritm, təsviri sənətdə daha çox dinamika, işıq və rəngin əlvan coşğunluğu, məhz, müasir mədəniyyətin qloballaşdırılmasının, sivilizasiyanın, texnokratçılığın nəticələridir.

İncəsənətdə müasir texnologiyalardan istifadənin mümkünlüyü isə onların kütləvi tətbiqinə şərait yaratdı. Kompüter vasitəsi ilə yaradılmış virtual təsvir həddi-hüdudu olmayan fantaziyalarımızın gerçəkləşməsini mümkün etdi. İnsanlar öz virtual dünyalarını yaratmaq imkanı əldə etdilər.

“Alümin” festivalı mədəni dəyərlər sistemində ilbəil daha önəmli yer tutmağa başlayan, müasir texnologiyalardan yaradıcı istifadə edən yeni incəsənəti təbliğ edir.

Niyə “Alümin”?

Elmi-texniki tərəqqi və müasir texnologiyaların meydana gəlməsi öz növbəsində sənayedə də yeni materiallardan istifadə edilməsinə şərait yaratdı. Belə materiallardan biri də XX əsrdə xüsusilə geniş yayılmış alümindir. Alümin çağdaş dövrün prioritetlərini özündə əks etdirən materiallardan biridir. Müasir insanın həyatını alüminsiz artıq təsəvvür etmək mümkün deyil.

Alümin müasir insanın həyatının bütün sahələrinə - məişətə, istehsalata, müasir texnologiyalara nüfuz edərək onu hər yerdə əhatə edir. Elektriksiz təsəvvür edilməyən dövrümüz üçün alüminin ən qiymətli cəhətlərindən biri də, onun yüksək keçiricilik qabiliyyətidir. Məhz buna görə, alümin texniki tərəqqinin, yeni texnologiyaların və müasirliyin rəmzinə çevrilib.

Hər bir rəssamın özünü reallaşdırmasının əsas şərtlərindən biri yaradıcılığının yaşadığı və yaratdığı dövrə adekvat uyğunluğudur. Bizim tarixi və mədəni ənənələrin şərq-islam mədəniyyətinə mənsub olduğuna baxmayaraq, biz kabel TV, İnternet və mobil əlaqələr dünyasında yaşayırıq. Bizim şüurumuz güclü elektromaqnit informasiya axınlarının düyün nöqtəsində yerləşir və informasiyanın əsas rol oynadığı postindustrial cəmiyyətin qlobal strukturuna daxildir.

Tamaşaçıya təsir etmək üçün incəsənət onun (tamaşaçının) psixofizioloji dərketmə statusuna uyğun olan vizual dildə danışmalıdır. Əgər nəzərə alınsa ki, müasir insanın şüuru elektron və rəqəmli texnologiyaların aktiv iştirakı ilə formalaşıb, onda güman etmək olar ki, rəssamın qarşısında daha müasir iş metodlarının istifadəsi məsələsi durur.

Hər hansı yaradıcı-bədii aksiyanın mövzusu (adı), özündə aksiyanın konsepsiyasını əks etdirir. Bu məsələyə aid yekdilliklə bir söz demək olar - incəsənətlə yeni texnologiyaların birliyi sərhədsiz yaradıcı imkanların bəyan olmasına gətirib çıxarır.

“Alümin”- elmi-texniki tərəqqi üçün nə dərmandır, nə də zəhər. “Lehinə” və “əleyhinə” fikrindən uzaqlaşaraq yaradıcılar öz təxəyyülləri prizmasından müasir reallığı əks etdirirlər. Aktual incəsənət öz vizual və virtual formaları, surətlərin rəngarəngliyi ilə polisəslə və polisözlə bütün varlığın sirlərinə işarə edir və dünyanın təməlinə-əvvəldəki boşluğun “nurlu qaranlığına” aparır. Ona görə ki, məhz formaların və səslərin “xaokosmosu” bizim əsl təbiətimizi ziddiyətli yolla açıqlamağa qadirdir.

Həyatımıza sürətlə daxil olan texnologiya, incəsənət aləmindən də yan keçmir.Yeni texnologiyaların istifadəsi incəsənətə qeyri–standart elementləri tətbiq edir və ənənənin sərhədlərini genişləndirir. Rəssamın yaradıcı prosesinin texnologizasiyası yeni bədii surət doğur, onda fəza və zaman kimi ənənəvi parametrlərlə birlikdə, yeni “reallıq” da mövcuddur ki, biz bunu “virtual reallıq” adlandırırıq. Nə qədər təəccüblü olsa da, biz bu reallığı, əsl reallığdan daha real hiss edirik...

İştirakçılar:
Abinadi Meza (ABŞ)
Ahmad Nadalian (İran)
Alexandre Perigot (Fransa)
Alina (Azərbaycan)
Amit Pitaru (İsrail/ABŞ)
Anton Osver (Azərbaycan)
Aynur Əliyeva (Azərbaycan)
Azad Xəlilov (Azərbaycan)
Babək Ağayev (Azərbaycan)
Babi (Azərbaycan)
Başak Kaptan (Turkiyə)
Ceyhun (Azərbaycan)
Çingiz Babayev (Azərbaycan)
DJ REM (Azərbaycan)
DJ Georgi (Gürcüstan)
Djamel Kokene (Fransa)
Efi Amanatidou (Yunanıstan)
Elinore Burke (ABŞ/Almaniya)
Elo Liiv (Estoniya)
Elşən İbrahimov (Azərbaycan)
Erdem Yücel (Türkiyə)
Eric Sanchez (Fransa)
Ethem Özgüven (Türkiyə)
Evea Kristin Mona el Dera – Nigar Əhmədova (Azərbaycan)
Əli Davudov (Azərbaycan)
Əmirbəy Nərimanbəyov (Azərbaycan)
Faiq Əhmədov (Azərbaycan)
Faiyaz Jafri (Hollandiya)
Fəridə Cəfərova (Azərbaycan)
Fərid Xayrulin (Azərbaycan)
Fəxriyyə Məmmədova (Azərbaycan)
Five Pages (Azərbaycan)
Francois Daireaux (Fransa)
GUP-py (Yaponiya/Almaniya)
Hüseyn Haqverdiyev (Azərbaycan)
İlqar Tahiri (Azərbaycan)
Lado Burduli (Gürcüstan)
Leyla Axundzadə (Azərbaycan)
Miraslan Zeyn (Azərbaycan)
Olya (Azərbaycan)
Orxan Qədimov (Azərbaycan)
Pavel Qnusaryov (Azərbaycan)
Rauf Xəlilov (Azərbaycan)
Rəşad Ələkbərov (Azərbaycan)
Samir Həsənov (Azərbaycan)
Sayaka Kasahara (Yaponiya)
Şalva Xaxanashvili (Gürcüstan)
Tahir Məmmədov (Azərbaycan)
Teymur Daimi (Azərbaycan)
Toğrul Əfəndiyev (Azərbaycan)
Tora Calavera (Azərbaycan)
Valerie Ruiz (Fransa)
Xədicə Əliyeva (Azərbaycan)
Zekiye Sarıkartal (Türkiyə)
Zina Pasko (Azərbaycan)

Xocali_film_2020_right
Pullman_ArtNight_jan_2020_right
Kamil_Najafzade_dec_2019_right
Aluminium_nov_2019_right
Seminar_Yoga_nov_2019_right
Bulat_Mekebayev_oct_2019
Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Arif_Aziz_2019_right
Carlos_Mota_2018_right
Fashion_Week_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right