Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Rəssam Həsən Haqverdiyevin 100–illik yubileyinə həsr olunmuş “Davam” adlı sərgisi

24.10.2017 - 28.10.2017

Tədbirin təntənəli açılışı: 24 oktyabr 18:30
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il oktyabr ayının 24-dən 28-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında görkəmli Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərgi keçiriləcəkdir. Sərginin açılışı 2017-ci il oktyabr ayının 24-də, saat 18:30-da baş tutacaqdır.
Sərgidə Həsən Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, ailə və digər şəxsi kolleksiyalardan seçilmiş əsərləri ilə yanaşı böyük sənətkarın yaradıcılıq yolunu davam etdirən, Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Saida, Ucal, Yelena, Butunay, Sabina və Fərhadın yaradıcılığına aid əsərlər də nümayiş olunacaqdır.
Həsən Əli oğlu Haqverdiyev 20 iyul 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T.Tağıyev, K.Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. O, Respublika rəssamlıq sərgisində “Gitara çalan oğlan”, “Qoca portreti” , “İçərişəhər motivləri” adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev “Balaca çoban”(1959), “Çoban qız” (1964), “Dağ yolu”, “Yaylaqda” (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən “Sülh üçün” (1965) tablosunu qeyd etmək olar. Rəssam Azərbaycan qadınına həsr etdiyi “Oyanma” (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı “Balaca rəssam” (1966), “İlk söz” (1970) kimi tablolarının müəllifidir. Rəssamın rəsmlərinə “A.S.Puşkinin A.S.Qriboyedovun cənazəsi ilə qarşılaşması” (1937), “Əzim Əzimzadənin portreti” (1939), “Zemfiranın portreti”, “Xanların dəfni” (1960), “Füzuli oğlunun şerini dinləyərkən” (1958), “Rəssamlarımız yaradıcılıq növbəsində” (1959) kimi əsərləri daxildir.
Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərmişdir.O, 1959-cu ildə çəkdiyi “Ölkəyə 600 min ton pambıq verək” adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Rəssamı “Kuba deyir: Vətən ya ölüm!” (1961), “Sülh dostluq” (1962), “Qoy daim günəş olsun” (1964), “Amerika zindanlarında” (1971) və s. kimi plakatların müəllifidir. Həsən Haqverdiyevin tablolarından “1920-ci ilin baharı” (1970) qrafika üçün səciyyəvi olan kontur və cizgilərlə işlənmişdir. O, “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı”, “Azərbaycan qadını”, “Pioner” və “Göyərçin” jurnallarının bədii tərtibində yaxından iştirak etmişdir. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Q.Qarayev, M.İbrahimov, Niyazi, S.Rüstəm, F.Əbdürrəhmanov, M.Abdullayev, T.Salahov, S.Bəhlulzadənin obrazları daxildir.
Həsən Haqverdiyevin yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssam “Yevgeni Onegin” və “Qaratoxmaq qız” operaları, C.Məmmədovun “Dan ulduzu” pyesi üçün çəkilmiş dekor eskizlərin müəllifidir. Rəssam K.Qoldoninin “İki ağanın bir nökəri” komediyasına, M.Təhmasibin “Rübailər aləmində” tarixi romantik dramına bədii tərtibatını vermişdir. Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilmişdir.
Sərgi oktyabr ayının 28 –dək davam edəcək. İş saatı 10.00-dan 18.00 -a dək dir.

Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right