Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Azərbaycanın Xalq rəssamı MirNadir Zeynalovun fərdi sərgisi

10.11.2017 - 15.11.2017

Tədbirin təntənəli açılışı: 10 noyabr 18:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il noyabr ayının 10-dan 15-dək Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi keçirildi.
Sərginin açılışı noyabr ayının 10-da saat 18:00-da baş tutdu.
Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər sərgilənir. Eyni zamanda Azərbaycan Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış xüsusi video-çarx nümayiş olunur.
Mirnadir Mirəli oğlu Zeynalov (12.11.1942) 1963-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Moskva Poliqrafiya İnstitutunun “qrafika” fakültəsini bitirmişdir. 1970-ci illərdən başlayaraq, 30 ildən artıq vaxtda Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı, məharətli icra texnikası, yenilikləri və daimi axtarışları ilə seçilir. Kollaj və installyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.
Rəssam 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu almışdır. 1987-ci ildə Hindistana həsr olunmuş iki fərdi sərgisi keçirilmişdir. O, Hindistanda yaradıcılıq ezamiyyətində olaraq “Çay kənarı”, "Hind məbədi", "Hind həyət" mənzərələrini yaratmışdır. “Hindistan silsiləsi”nə həmçinin bir sıra qadın portretləri “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir. Onun “Yaz bağı” adlı əsəri 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı Ölkələrin Rəssamlarının Bienallesi”ndə bürünc medalla təltif olunmuşdur. Əsərləri Moskvada, Kiyevdə, Hyustonda, Los-Anсeles və bir çox başqa ölkələrdə nümayiş edilmişdir. Eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda rəssamın dəyərli əsərləri qorunub saxlanılır. Sonuncu fərdi sərgisi 2012-ci ildə Bakıdakı Müasir İncəsənət Muzeyində keçirilmişdir. 2013-cü ildə Mirnadir Zeynalovun əsərləri Londondakı “Sothbeys” auksionunda dəyər qazanmışdır.
Mirnadir Zeynalov məşhur “70-cilər” nəslinə aid olan, Sovetlər İttifaqının dağılması ərəfəsində sosialist realizmindən daha mücərrəd formalara, milli simvolikaya müraciət edən, öz daxili dünyasını abstrakt üslubda daha dolğun ifadə etməyə keçən rəssamlardan biridir. Məhz buna görədir ki, rəssamın yaradıcılığında realizm üslubunda işlənmiş portretlərə, lirik mənzərə əsərlərinə, eyni zamanda yalnız müxtəlif rəng çalarlarının məharətlə istifadə olunduğu abstrakt həllərə qədər fərqli janr və üslublara rast gələ bilərik.
O öz dəsti-xətti ilə tanınan, maraqlı eksperimentlər aparan, heç kimi, hətta özü-özünü təkrarlamayan ustad sənətkar kimi milli incəsənət tariximizdə layiqli yer tutur. 1992-ci ildə Əməkdar rəssam, 2006-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.
Sərgi noyabr ayının 15–dək davam edəcək. İş saatı 10.00-dan 18.00 -a dək dir.

Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right