Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

“Neyroelm və memarlıq” adlı seminar

30.03.2019

Akt zalı
Vaxt: 12:00
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi, NP BAKU Center

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyası, “NP BAKU Center”in təşkilatçılığı ilə 2019-cu il mart ayının 30-da saat 12:00-da Muzey Mərkəzinin Akt zalında “Neyroelm və memarlıq” adlı seminar keçiriləcəkdir.
Seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədi ilə həyata keçirilir. Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu və davranışlarımız modellərimizdə özünü əks etdirir.
İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Yaradıcılığın mövhumatdan kənar, sərbəst xarakteri haqqında mövcud nəzəriyyələr, beyni təsvir edilə bilməyən, tərifə gəlməz tədqiqat obyekti kimi nümayiş etdirir.
İnsan beyni bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb qurğu kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin edilir və beləcə Neyro Memarlıq xüsusi yer alır.
“Neyroelm və memarlıq” adlı seminarda toxunulacaq əsas mövzular:
  •  Memarlıq və beyin neyronları ilə fəliyyətin əlaqəsi
  •  Rənglər və həndəsi obyektlərin beyində əksi
Seminar “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımova tərəfindən keçiriləcəkdir.
Seminarda gənc rəssamlar,dizaynerlər, memarlar, sənətşünaslar, muzey və qalereya işçiləri iştirak edə bilərlər.
Seminara giriş sərbəstdir. Media nümayəndələri dəvətlidir.

Pullman_ArtNight_jan_2020_right
Kamil_Najafzade_dec_2019_right
Aluminium_nov_2019_right
Seminar_Yoga_nov_2019_right
Bulat_Mekebayev_oct_2019
Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Arif_Aziz_2019_right
Carlos_Mota_2018_right
Fashion_Week_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right