Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Əməkdar rəssam, heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubiley tədbiri

12.04.2019

Akt zalı
Vaxt: 16:00
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Muzey Mərkəzinin təşkilatçılığı ilə 2019-cu il aprel ayının 12-də Muzey Mərkəzinin Akt zalında əməkdar rəssam, heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubiley tədbiri keçiriləcəkdir.
Tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraş Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi ilə həyata keçirilir.
Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olmuşdur. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına adına rəssamlıq məktəbini bitirmiş, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır.
O, əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlamışdır.
Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst barelyeflərini işləmişdir. Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.
Münəvvər Rzayev Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Bakıdakı heykəllərdən Sevil Qazıyevin barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. Münəvvər Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 m hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olmuşdur (barelyefin uzunluğu 82 sm, eni 59 sm).
Rəssam 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Münəvvər Rzayeva Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərmişdir.
Münəvvər Rzayeva 1997-ci il də Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat etmişdir.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat keçiriləcək.
Tədbirə giriş sərbəstdir. Media nümayəndələri dəvətlidir.

Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Neyroelm_2019_right
Baki_Milli_Geyim_Evi_mar_2019_right
Reinkarnasiya_2019_right_01
Xezine_2019_right
Rafis_Ismayilov_feb_2019_right
Narmin_Ibrahimova_feb_2019_right_01
Arif_Aziz_2019_right
Etiraf_dec_2018_right
Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right