Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi

04.10.2019 - 14.10.2019

Tədbirin təntənəli açılışı: 04 oktyabr 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Muzey Mərkəzi
Sərginin kuratoru: Sevil Kərimova
Ekspozisiyanın müəllifi və koordinatoru: Liana Vəzirova

Çoxsaylı müraciətləri nəzərə alaraq, Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi 14 oktyabr 2019-cu il tarixinədək uzadılır

2019-cu il oktyabr ayının 4-də, saat 19:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi keçiriləcəkdir. Nümayiş olunacaq əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlmiş və caz musiqisinə həsr olunmuşdur. Müəllifin ifaçı və bəstəkarlardan tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığıbütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur.Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.
Onun 2016-cı ildə Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisinə gələn qonaqlara milli və xarici cazmenlərin portretləri, onlardan - Emma Fidcerald, Lui Armstrong, Rafiq Babayev, Pərviz Rüstəmbəyov, Vaqif Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli və b., həmçinin caz musiqisinə həsr olun-muş kompozisiyaları təqdim olunmuşdu.
Sərginin ideyası həmin festivalın davamı olaraq yarandığına görə ekspozisiyanın “ürəyi” sayılan caz musiqisinin yerli və xaricdən olan 30-dan çox korifeyinə həsr olunmuş əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr, Ennio Morrikone, Henri Mancini, maestro Niyazi, Nina Simon, BB Kinq, Natiq Şirinov, Dilarə Kazımova və baş-qaları bu sırada yer alır.
Hazırki və əvvəlki sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məhşur musiqi janrına Azərbaycanın verdiyi töhvələri nümayiş etdirir.
Həmin mövzu bu sərgidə Azərbaycan folklor musiqisinə həsr olunmuş bəzi işlərlə səsləşir. Nəhayət,Vüqar Əlinin hazırda tamaşaçılara nümayiş etdirdiyi əsərlərinin bir hissəsini bahar təravətli çiçək açmış gənc gözəllərə həsr edilib.
Qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunmuşdur. Bunlardan biri kristaloqrafiya bilikləri əsasında yaradılmışdır. O, bu əsəri tanınmış mineralogiya üzrə mütəxəssis, akademik Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar entuziast rəssamla birgə yaratmışdır. Kristaloqrafiya işləri xalça ornamentlərini xatırladan riyazi kompozisiyası ilə fərqlənir.
Rəssamın digər silsiləsi öz adını mif qəhrəmanı olan nar pərisindən götürmüş Nargilədir. Bu sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərlərini görmək olar.
Əzim Əzimzadə adına kollecin, M.Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunun tələbəsi, Rəssamlar İttifaqının üzvü Vüqar Əli öz bədii maraq dairəsini rəssamlıqla məhdudlaşdırmır. O, 1990-cı illərdə teatr tərtibatı, qrafika və dizayn sahələrində fəal şəkildə çalışmışdır. Rəssam “Kainat” yaradıcılıq qrupunun yaradıcılarından biridir. O, jurnal və qəzetlərdə karikaturaçı kimi çalışmışdır.
Vüqar Əli Gənc Tamaşaçılar Teatrında baş rəssam vəzifəsində çalışmışdır. Həmçinin o, 8 il əsərləri daimi ekpozisiyasında sərgiləndiyi Muzey Mərkəzində işləmişdir. Muzey Mərkəzində çalışdığı müddətdə məhşur sərgi layihələri olan Bakı Beynəlxalq kukla biennalesi “Fusion Doll” (2011, 2013, 2015), “Caz stilli kuklalar” (2010), “Sport-Art” (2012), “Novruzun rəngləri” (2012), “Balıq bürcü” (2013), Beynəlxalq Qadınlar günü 8 marta həsr olunmuş “Gözəllik nuru” (2012, 2014, 2015, 2016), “Kofe rəngi” (2015), “Venesiya maskalarının sirləri” (2012), “Mələklərin zamanı” (2013), kimi sərgilərin afişa və plakatlarının dizaynını işləmişdir.
“Muzeydə teatr” (2010) layihəsi çərçivəsində “Günay” uşaq teatrının müxtəlif tamaşaları üçün loqo və afişaların dizaynını hazırlamışdır.
Vüqar Əli Azərbaycanda ilk “KUKLA” Art-qalereyası üçün hazırlanan maraqlı plakat və kataloqlarının müəllifidir. Onların arasında “Sultanın sevimlisi” (Elmira Abbaslının fərdi sərgisi) 2013, “Krallıq” (Lada Repina) 2014, Aleksandra Kukinovanın çini kuklalar sərgisi (2014), Tamara Kvesitadze (2015), “Gecə nağılları”(Qalina Dmitruk) 2016 kimi sərgilər var.
Muzey Mərkəzində bütün bu layihələr üçün Vüqar Əli tərəfindən maraqlı rolik və slayd-şoular hazırlanmışdır.
Son illərdə Vüqar Əli yaradıclıq fəaliyyəti ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət ilə də məşğul olur.
Sərgi 9 oktyabr 2019-cu il tarixinədək davam edəcək. Giriş sərbəstdir. Sərginin iş saatları: 05-09 oktyabr saat 10.00-dan 18.00-dək dir.

Vugar_Ali_oct_2019_right
Mahmud_Rustamov_jun_2019_right
Vadud_Muezzin_may_2019_right
All_you_need_apr_2019_right
Minavvar_Rzayeva_apr_2019_right
Neyroelm_2019_right
Baki_Milli_Geyim_Evi_mar_2019_right
Reinkarnasiya_2019_right_01
Xezine_2019_right
Rafis_Ismayilov_feb_2019_right
Narmin_Ibrahimova_feb_2019_right_01
Arif_Aziz_2019_right
Etiraf_dec_2018_right
Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right