"Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi "Həyatımızın dəyərləri"

20.11.2019 - 25.11.2019

Tədbirin təntənəli açılışı: 20 noyabr 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi

2019-cu il noyabr ayının 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttfaqıdır.
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimi 21 noyabr, saat 12.00-da Muzey Mərkəzinin Akt zalında baş tutacaqdır.
Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaqdır.
Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.
Həmçinin UNESCO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir.
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaqlar.
Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.
Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin bağlanış mərasimi 25 noyabr, saat 19.00-da baş tutacaqdır.

Cədvəl

20 Noyabr
Çərşənbə


11.00– Ekspozisiyaların açılışı və layihələrin təqdimatı. Şirvanşahlar Sarayı, Müasir İncəsənət Mərkəzi
15.30 –“Qalereya 1969”. Həmid Əminifarın fərdi sərgisi, İran
17.00 – Layihənin təqdimatı və ekspozisiyanın açılışı. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu.
19.00 – Performans. Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.


21 Noyabr
Cümə axşamı


11.00 – Mətbuat konfransı. Muzey Mərkəzi. Konfrans Zalı
12.00 – Biennalenin açılışı. Rəsmi mərasim. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.
15.00-17.00 – Layihənin təqdimatı. “Qala” Dövlət Etnoqrafiya Qoruğu. Performans. Zaira Nadirashvili, Gürcüstan.
18.00-19.00 – Performans.Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.


22 Noyabr
Cümə


10.00-13.00 – Layihələrin təqdimatı. Şirvanşahlar Sarayı, Müasir İncəsənət Mərkəzi.
15.30-18.00 – Layihələrin təqdimatı. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu. Muzey Mərkəzinin Sərgi Qalereyası.
18.00 - Performans.Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.


23 Noyabr
Şənbə


10.00-13.00 – Layihənin təqdimatı. “Qala” Dövlət Etnoqrafiya Qoruğu. Performans: Elene Rakviaşvili, Gürcüstan. Vüsal Rəhim, Azərbaycan.
16.30-17.00 – Layihənin təqdimatı. Muzey Mərkəzinin Sərgi Qalereyası
17.00 – Birinci Antarktida Biennalesində filminin təqdimatı, 2017. Kurator- A.İvanova-Yohanson, Rusiya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Konfrans zalı.


24 Noyabr
Bazar günü


10.00-13.00 – Palçıq vulkanlarının ərazisinə səfər.
16.00 – "Leyli və Məcnun" tamaşasına səfər. Bakı Marionet Teatrı.


25 Noyabr
Bazar ertəsi


10.00-13.00 – Biennali iştirakçılarının konfransı "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər". Muzey Mərkəzi. Konfrans zalı.
15.30-19.00 – Biennali iştirakçılarının konfransı "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər". Muzey Mərkəzi. Konfrans zalı.
19.00 – Biennalinin bağlanışı.