İrina Eldarovanın “Süni Nəfəs - Pullman ArtNight” adlı sərgisi

Sərgi Qalereyası, Dairəvi zal
25.12.2019 - 01.02.2020

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi ilə əməkdaşlıq çərçivəsində İrina Eldarovanın “Süni Nəfəs - Pullman ArtNight” adlı sərgisi 1 fevral 2020-ci il tarixinədək, saat 10.00-dan 18.00-dək ziyarətçilər üçün açıqdır. Binanın bütün mərtəbələrində, eləcə də Sərgi Qalereyası və Dairəvi zalında yerləşən ekspozisiyada qonaqpərvərlik və müasir incəsənət dünyasına səyahəti birləşdirmək orijinal ideyası saxlanılıb - rəsmlər stul və divarlara söykənərək salonda təqdim olunur. İrina Eldarovanın bədii ikonoqrafik rəsmlərindən ibarət olan video-animasiyasının süjeti Filip Jarusski və Maria Kalasın ifasında Hеndel və Puççini əsərlərinin heyranedici ifası altında izləməyə çağırır.