Xocalı Soyqırımının 28 – ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir çərçivəsində “Dərdimi çəkirəm” adlı sənədli filmin təqdimatı

Akt zalı
21.02.2020

21 fevral 2019- cu il saat 15 00 – da Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Muzey Mərkəzinin Akt zalında Xocalı Soyqırımının 28 – ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir keçirildi.
Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, bu barədə ictimayyəti geniş şəkildə məlutmandırmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək baxımından tədbirin rəsmi hissəsində, Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycanın xalq rəssamı (2018), Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz, Kino rejissor, ssenari müəllifi, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayev çıxış etdilər.
Tədbirdə Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət” beynəlxalq təbliğat – təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olundu. Film Xocalı sakininin 26 fevral 1992-ci il gəcəsi yaşadığı faciənin xatirələri əsasında çəkilib.
Sərgidə Türkiyənin Gazi Universiteti tərəfindən ADMİU - ya hədiyə edilmiş əsərlərdən ibarət sərginin açılış mərasimi baş tutdu. Sərgidə Ankara Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan, Qırğızıstandan olan rəssam tələbələrin yartdığı 13 əsər nümayış olundu. Azərbaycan İstiqlal Muzeyinin I zalında təşkil olunan sərgi 27 fevral tarixinədək davam edəcək.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Hərbi Dəniz qüvvələri, Azərbaycan Respublikası Sərhəd qoşunları, muzeyin əməkdaşları və digər qonaqlar iştirak etdilər.