Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Sovet dövrü

V.İ.Lenin adına Mərkəzi Muzeyin Bakı filialı haqqında
Qısa məlumat


V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı Sovet İKP MK-nın qərarına əsasən 4 avqust, 1954-cü il tarixindən İ.V.Stalin adına Azərbaycan bolşevik təşkilatlarının tarixi muzeyinin bazası əsasında yaradılmış və kütləvi ziyarət üçün 1955-ci ilin aprelindən açılmışdır.

1955-1959-cu illərdə V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı Azərbaycan bolşevik təşkilatlarının o qədər də böyük olmayan 15 ekspozisiya zalından ibarət muzeyinin binasında (6-cı Kommunist döngəsi, ev.3) yerləşirdi. 1960-cı ilin aprelində V.İ.Leninin 90 illik yubileyi ərəfəsində Neftçilər prospekti, 123ª ünvanında tikilmiş yeni binaya köçürüldü. Yeni tikilmiş dördmərtəbəli binanın layihə müəllifi Həsən Məcidov idi. Keçmiş Sovet İttifaqında bu, V.İ.Lenin Muzeyi üçün məxsusi tikilmiş yeganə muzeydir.

Muzeyin fondlarında 110.000-dən çox eksponat olmuşdur. 26 zalda isə 6000-ə yaxın eksponat saxlanılmışdır. Burada Leninin əlyazmalarının foto nüsxələri yerləşirdi.

Baş İnqilab Tarixi Muzeyi kimi V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı, Qafqazda və Azərbaycanda Lenin, onun tələbələri və ardıcılları haqqında materialları axtarıb aşkara çıxaran və toplayan Elmi Mərkəz idi.

Muzeydə hər biri orta hesabla 70 m² olan 41 ekspozisiya zalı (sonuncu zal - 300 m²), 250 nəfərlik kino-akt zalı, o cümlədən xidməti və yardımçı otaqlar olmuşdur.


V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı dörd xatirə, tarixi-inqilabi muzeylərlə birlikdə (“Nina” gizli mətbəəsi” muzeyi, M.Əzizbəyovun Ev-muzeyi, S.M.Kirovun Ev-muzeyi, “Neft sənayesi fəhlələrinin ittifaqı və “Qudok” qəzetinin redaksiyası” muzeyi) respublikada leninizmin təbliği və zəhmətkeşlərin Leninin həyat və fəaliyyəti nümunəsində tərbiyə olunmasının ideoloji iş mərkəzlərindən biri idi. Filialın ekspozisiyasında 9 mindən çox müxtəlif eksponat, o cümlədən Lenin əlyazmalarının foto və lito-surətləri təqdim olunurdu. V.İ.Leninin əsərlərinin orijinalları, xəritə, sxem və modellər formasında böyük əyani vəsait, sənət əsərləridir.

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialının binası haqqında rəqəmlər

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialının yeni binası V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilmişdir (aprel, 1960-cı il). Bina dördmərtəbəlidir. Binanın ümumi sahəsi 46.800 m³-dir. İstifadəyə yararlı sahəsi isə 7400 m²-dir.

Birinci mərtəbədə foye-220 m², xidməti kabinetlər (müdiriyyət, elmi işçilər, mühazirəçilər, fond, kitabxana, fotolaboratoriya və ayaqyolu-700 m²) yerləşir.

İkinci mərtəbədə 930 m² sahəyə malik 13 zal, o cümlədən üçüncü mərtəbədə sahəsi 940 m² olan 13 zal yerləşir.

Dördüncü mərtəbədə isə 5 ekspozisiya zalı (1450 m²), Dairəvi zal (230 m²) və muzeyin fondu (240 m²) yerləşmişdir.

İkinci və üçüncü mərtəbələr arasında konfranslar, mühazirələr və film nümayişinin keçirildiyi 240 m² sahəsi olan Lenin kinoteatrı yerləşirdi.

Binanın kürsüsündə (alt mərtəbəsində) qazanxana, iki ventilyasiya kamerası, xüsusi otaq, xarrat emalatxanası və muzeyin anbarı yerləşirdi.

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialının binası 26 Bakı komissarı adına rayonun 7 №-li MKS-nin balansında yerləşirdi.

Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right