Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Tarixə səyahət


“Bir şəhərin tarixi” məqaləsindən bir parka (Azərbaycanın əməkdar inşaatçısı Arif Şahbazovun xatirələri). “Exo” qəzeti, 8 dekabr, 2001-ci il

...Biz köhnə Bakıya səyahətimizi davam etdiririk.
- İndi hara gedəcəyik?-deyə Arif Şahbazovdan soruşdum.
- Gedək Petrovski meydanına, tribunaya tamaşa edərik?-deyə o, təklif etdi.
- Hara?-təəccüblə soruşdum. Amma mənim sualım cavabsız qaldı. Ağ daşdan hörülmüş, fasadı sütunlardan ibarət dördkünc binaya yaxınlaşırıq. Yəqin siz başa düşdünüz ki, söhbət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzindən gedir. Bu bina bu yaxınlara qədər V.İ.Lenin Muzeyi adlanırdı.

- Bəs hanı tribunaları olan meydan?- təəccüblə həmsöhbətimə baxıram.
- Sən mənə baxma, sən ora bax!- Baxıram, doğrudan da heç bir muzey görünmür, elə bil heç olmayıb. Sanki havada əridi, onun yerində əsl meydan göründü. Lap ortada iki yaruslu düzbucaq formalı tribuna nəzərə çarpdı. Aşağıda tağ və onun üstündə Azərbaycan Sovet Respublikasının neft buruğu şəkli olan gerbi.
- Hə, nə olsun ki? Bu tribuna haradandı, meydan nədi, yəni haradan götürüblər və niyə onun adı Petrovski meydanıdır?
Arif müəllim şok vəziyyətinə düşdüyümü görüb bir qədər ara verdi. Sonra səbrlə mənim suallarıma cavab verməyə başladı. Petrovski meydanı ona görə adlanır ki, Petrovski bulvarının yanındadır. Təxminən 1890-cı illərdə böyük Pyotrun şərəfinə adlandırıblar. XVIII əsrin əvvəllərindən burada anbarlar, gəmilərin yan alması üçün yerlər olub. Çox-çox illər öncə 26-lar bağının yerində tribunalar var idi. Amma taxtadan idi. Tribunaların fasadı Yazıçılar İttifaqına baxırdı. Bu tribunaları hər bayram quraşdırar, sonra da demontaj edib yığışdırardılar. İki metrə qədər hündürlüyü vardı və 10-15 nəfər üçün nəzərdə tutulmuşdu. Uzun müddət bizim millət ataları üçün postament (özül) rolunu oynayırdı.

- Bəs necə oldu daş tribunaları düzəltdilər? İkinci dünya müharibəsi başa çatan kimi qərara alındı ki, belə fundamental tribunalar quraşdırılsın. Onda əməlli-başlı bayram edərdilər. Köhnəsindən bir neçə dəfə böyük idi. Eni 30 m-ə çatırdı. Yoxsa düz gəlmirdi axı. Əvvəllər nümayişçilər taxta tribunalar önündən bir kolonla keçirdilərsə, indi daş tribunalar önündən artıq iki kolon keçirdi. Prospektdən isə hərbi hissələr və texnika hərəkət edə bilirdi. - Tikintini tezmi başa çatdırdılar? Onun içəri tərəfində nə var idi?
- Bu tikintini zərbəçi elan etdilər. Elə buna görə də az bir müddət ərzində başa çatdırdılar. İçəridə isə qarderob və əlbəttə ki, sanitar qovşağı var idi.
- Əgər hər şey belə yaxşı idisə, niyə onu sökdülər?
- Hə, bu çox uzun bir əhvalatdı. V.İ.Lenin Muzeyi üçün yeri çox uzun bir vaxt ərzində seçmişlər. Axır ki, bir neçə variantdan sonra Petrovski meydanı üzərində dayanmışlar. Axı bura geniş idi, yaşıllıq da ki, yox dərəcəsindəydi. – Birdən Arif müəllim gülümsədi.- Deyəsən nə isə yadına düşdü.
- Bu meydanı tikməzdən əvvəl mən burada xokkey oynayırdım. – Təəccübümü gizlədə bilmədim.- Hə, təəccüblənməyin, mən uşaqkən əsl xokkey oynayırdım. Diyircəkli konkilərdə.
- Siz ki, mənə bu muzeyin tikilməsi tarixini danışmısınız. Muzeyin özünü 50-ci illərdə tikməyə başlamışdılar. O zaman Bakı Baş Tikinti İdarəsi hələ yox idi. Sonradan şəhərin tikinti idarələri birləşib böyük bir təşkilat yaratdılar.
Muzeyin binasını 50-ci illərin sonunda istifadəyə verdilər. Doğrudur, onun açılışına Siyasi Büro üzvlərindən heç kəs gəlmədi, amma bayram tədbirləri xüsusi təmtərağı ilə seçilirdi.
- Bir maraqlı məsələ də var. Əvvəlcə bina V.İ.Lenin Muzeyi kimi nəzərdə tutulmuşdu. Əslində isə onun filialı idi. Bu da təbii idi. Axı V.İ.Lenini Azərbaycanla tarixi baxımdan heç nə bağlamırdı. Bax belə işlər!

Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right