Rus muzeyi

Sərgi Qalereyası

Mövcud olduğu qısa zaman kəsiyində Muzey Mərkəzinin Sərgi Qalereyası özünü Bakının ən fəal sərgi məkanı kimi göstərmişdir. Memarlıq planlaşmasına və sərgilərin müxtəlifliyinə görə Qalereya özünə mötəbər mədəniyyət səhnəsi imicini qazanmışdır ki, bu da Azərbaycan paytaxtı ücün unikal sərgi layihələri həyata kecirməyə imkan verir.

1999-cu ildən bəri Qalereyada iki yüzdən çox müxtəlif mövzulu sərgi keçirilmişdir. Universallığına baxmayaraq, Qalereya əsasən, Azərbaycan konseptual incəsənətinin layihələrinə daha meyllidir. Azərbaycan transavanqardına həsr olunmuş “Zəng zamanı” (2002-ci il) adlı ilk sərgidən birində Qalereyanın gələcək fəaliyyəti müəyyən olunmuşdur.

Bu sərginin ardınca Azərbaycan və xarici ölkə fotoqraflarının işlərini nümayiş etdirən “Ayna” (2002) birinci Bakı foto festivalı keçirildi.

Ən çox yadda qalan “Daha da şəffaf” sərgisidir. Azərbaycan-gürcü dostluğunu xüsusi cizgi ilə bildirən bu sərgi “Zamanın qanadları” assosiasiyası tərəfindən həyata keçirilmişdi. Sərgidə hər iki respublikadan incəsənətin videoart, fotoqrafiya, instalyasiya və performans kimi aktual növlərində işləyən və sənətsevərlərə yaxşı tanış olan sənətkarlar iştirak etmişdir.

2003-cü ildə Qalereyanın zallarında “Zamanın qanadları” assosiasiyasının təşkil etdiyi “Alüminium. İncəsənət +yeni texnologiyalar” beynəlxalq müasir sənət festivalı start götürdü. Bu festival bakılılara incəsənətin ağlagəlməz imkanlarını göstərdi. 2006-cı ildən etibarən Qalereya Azərbaycan rəssamlarının əsərlərindən ibarət öz layihələrini- “İlin fəsilləri” layihəsini (“Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri), “Məhəbbət göy qurşağı” sərgisini, bundan başqa Birləşmiş Ərəb Əmirliklərinin, Tatarıstan Respublikasının və Səudiyyə Ərəbistanının mədəniyyət günləri çərçivəsində çox maraqlı sərgilər həyata keçirir. Beynəlxalq layihələrə böyük diqqət yetirən Qalereyada məşhur alman fotoqrafı Klaus Vikratın “Beş istiqamət”, məşhur bolqar rəssamı Emil Stoyçevin fərdi sərgisi, müasir Amerika foto məktəbinin nümayəndəsi Tuba Öztəkin Köymənin foto vernisajı böyük uğurla keçirilmişdir. Hər bir sərgi öz məntiqilə Qalereyanın yeni imkanlarını həyata keçirməyə xidmət edir. Təki fantaziya olsun, həyata keçirmək bizdən!

Qalereya onun ayrılmaz hissəsi olan Muzey Mərkəzinin tarixi ilə sıx bağlıdır. Sovet hakimiyyəti illərində Lenin Muzeyi (Muzey Mərkəzinin əvvəlki adı) özünəməxsus “ideoloji məbəd” hesab olunurdu. Muzey Mərkəzinin birinci sərgisi 1961-ci ildə insanın Kosmosa uçuşuna həsr olunmuş vernisaj olmuşdu. Burada yerli və xarici müəlliflərin möhtəşəm vernisajları nümayiş etdirilmişdir. Məhz o dövrdə sonuncu mərtəbə imkanından bacarıqla istifadə edib tablolar üçün ideal olan yuxarıdan süzülən gündüz işığından faydalanmışlar.

1980-ci illərin sonlarında Sovet İttifaqı öz son günlərini yaşayanda, Qalereyada Ümumittifaq Lenin komsomolu Mərkəzi Komitəsinin Komsomol muzeyi açıldı. Təşkilatçılar zalların unikal aurasını pozaraq yuxarıdan düşən gündüz işığını ləğv etdilər. Bu “başabəla” komsomol muzeyi çox davam etmədi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Lenin Muzeyi Muzey Mərkəzinə çevrildi və Qalereya əvvəlki görkəmini aldı. Təyinatından asılı olaraq konkret bir sərgidə təbii işıqdan və həm də hər bir eksponat üçün fərdi işıqlandırmadan istifadə etmək olar. Sərgi Qalereyası 400 m² sahəsi olan beş geniş zaldan ibarətdir.

Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya- maarifləndirici mərkəzinin açılışı


2008-ci il, aprelin 9-da Muzey Mərkəzinin akt zalında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açılışı oldu. Bu mərkəz YUNESKO-nun Moskva bürosunun, Dövlət Rus muzeyinin və Sankt Peterburq hökumətinin xarici əlaqələr лomitəsinin dəstəyi ilə həyata keçmişdir. İlk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin bazasında Rus muzeyinin virtul filialı işə başladı.Açılış mərasimində Sankt-Peterburq və Bakı arasında videokonfransəlaqə seansı keçirildi...>>>

Summer_exhibition_little_az
Matbakht_little
Fuad_Qafar_little
Sara Manafova little
Gold_fish_little
Arshin_little
Exhibition of Anvar Askerov little