Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi – virtual filial” Informasiya-maarifləndirici mərkəzinin bazasi əsasinda muzey-təhsil proqramları

YUNESKO layihəsi çərçivəsində tədris proqramının məqsədləri:

- Mədəniyyət müxtəlifliyi haqqında bilik səviyyəsinin və məlumatlılığın artırılması;
- Beynəlxalq mədəniyyət mübadiləsi üçün dil siyasətinin gücləndirilməsi;
- Ziyarətçilərin üç dildə (Azərbaycan, Rus və İngilis) Rus mədəniyyəti haqqında bilik və məlumata azad yiyələnmək imkanının təşkil olunması;
- Rus muzeyinin nümunəsində ziyarətçilərin (Azərbaycan auditoriyası) Rus mədəniyyəti ilə tanışlığı;
- Mənəvi-idrak ehtiyaclarının inkişafı;
- Emosional sferanın və estetik həssaslığın inkişafı;
- Motivasiya sferasının inkişafı (estetik, etik, idarki motivasiya);
- Ünsiyyət bacarıqlarının inkişafı;
- Ziyarətçi dairəsinin genişləndirilməsi;
- Muzey mədəniyyəti və vizual savadın inkişafı;
- Tələbələr və uşaqların peşəkar maarifləndirilməsi və peşəkar istiqamətləndirilməsi.

Tələbə Auditoriyası üçün proqramın ilkin mövzuları
(hər məşğələ təqribən 1.5 - 2 saat olmaqla)

Mövzu 1. Sankt-Peterburq ilə tanışlıq. Xəyali və real Peterburq. Memarlıq ansambllarının gözəlliyi və xüsusiliyi.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, ekranda ”Xəyali və real Peterburq” diskindən seçilmiş fraqmentlərin nümayişi.

Mövzu 2. Sankt-Peterburqun bağları (Yay bağı və Mixaylovski bağı). Landşaft memarlığının yüksək incəsənəti. Zərif bağbanlıq. I Pyotr-dan bizim günlərimizə qalan yay bağı. 300 il ərzində bağdakı dəyişikliklər. Bakı şəhərinin quberniya bağları (Qubernator bağı, Bulvar).
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi. Slayd-şou (bağın görünüşünün foto şəkilləri və planlarının təqdimatı).
İnteraktiv komputer proqramı: 19-cu əsrin planına əsasən park yaradırıq – normal stil.
Bağlar haqqında öyrənirik: klassik, peyzaj, ingilis, fransız, şərq və rus mülkətrafı bağları.

Mövzu 3. Ruz muzeyinin saraylar tarixi. Mixaylovski sarayı, Stroqanovski sarayı, Mərmər saray, Mühəndislər sarayı ilə tanışlıq. Sarayların memarları: K. Rossi, F. B. Rastrelli, A. Rinaldi. Saraylarda virtual gəzintilər. İnteryerlərə baxış.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, ekranda ”Rus muzeyinin saraylar tarixi”, “Rus muzeylərinin sarayları” disklərindən seçilmiş fraqmentlərin nümayişi.
İnteraktiv proqram: “Mixaylovskidə maskarad və kostyumlu ballar” (XIX əsrdə Rusiyada rəqs mədəniyyəti – qrup üzvlərinə rəqslərin öyrədilməsi (seçimə görə polonez (qədim polyak rəqsi), vals və ya mazurka) və XIX əsr maskarad kostyumlarının hazırlanması).

Mövzu 4. Rus Dövlət Muzeyi. Yaranma tarixi. Muzeyin kolleksiyası. Muzeyin zallarında virtual gəzinti.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, muzeyin zallarında virtual gəzinti, ekranda “Rus Dövlət muzeyi”, “Rus muzeyi – virtual ekskursiya” disklərindən seçilmiş fraqmentlərin nümayişi.

Mövzu 5-9. Rusiya muzeyi. Əsas periodları və onlara aid olan muzey eksponatlarını öyrənirik. İkonadan avanqarda qədər:
- Akademik rəssamlıqla tanışlıq;
- Səyyarlar;
- Avanqard;
- Sovet incəsənəti;
- Müasir incəsənət.
Tətbiq metodları: Hər bir cərəyan haqqında qısa metodik mühazirə, hər cərəyan haqqında slayd-şou (5) təqdimatı.
İnteraktiv proqram: Müxtəlif zaman mərhələlərinə aid olan rəsmləri və müəllifləri təyin edirik (“Rus Dövlət Muzeyi: elektron albom”u əsasında).

Mövzu 10. Dahi sənətkarın tarixi. (tələbələrin və ya təhsil ocağının seçdiyi bir rəssamın misalında. Məsələn, Kazimir Maleviç, Mark Şaqal, M. Vrubel, V. Kandinskiy).
Tətbiq metodları: Rəssamın şəkillərinin slayd-şousunun nümayişi. Azərbaycanlı rəssamla görüş (yaradıcılığa münasibət), rəsm əsərinin müzakirəsi.

Mövzu 11. Rus muzeyi bu gün. Müasir ekspozisiyalar və 2010-2011-ci illərin sərgiləri. (bir sərginin misalında, məsələn, Rusiyada REKLAM PLAKATI. 1900-1920-ci illər).
İnteraktiv proqram: Sərgiyə virtual baxış və yaradıcılıq oçerki yazmaq. Plakatlar müsabiqəsi.

Mövzu 12. Mədəniyyətlərin dialoqu. Rusiya təsviri incəsənəti məktəbinin və adətlərinin Azərbaycan mədəniyyəti və incəsənətinə təsiri. Rusiya realist rəssamlarının Azərbaycana səfərləri (V. Vereşaqin, Q. Qaqarin, İ. Maşkov). Azərbaycan və Rusiya rəssamlarının əməkdaşlığı. Yerli milli adətlərin rəsm əsərlərində istifadəsi. Azərbaycanın müasir və gənc incəsənəti.
Tətbiq metodları: Mühazirə, Rusiya rəssamlarının əsərlərinin slayd-şou formasında nümayişi. Azərbaycanın müasir rəssamlarından biri ilə görüş. Elnur Babayev (fotoqrafiya, rəsm, qrafika), Yelena Haqverdiyeva (rəsm, instalyasiya), Sənan Ələsgərov (fotoqrafiya), Elçin Nadirov (rəsm, qrafika, instalyasiya), Müseyib Əmirov (rəsm, qrafika, instalyasiya), Aytən Rzaquliyeva (rəsm, instalyasiya), Ucal Haqverdiyev (rəsm), Zakir Huseynov (rəsm, qrafika, instalyasiya), Hüseyn Haqverdiyev (heykəltəraşlıq, rəsm, qrafika, instalyasiya), Səbinə Şıxlinskaya (rəsm, qrafika, instalyasiya), Elyar Əlimirzəyev (rəsm, qrafika, instalyasiya).

 

Uşaq Auditoriyası üçün proqramın ilkin mövzuları
(3-5 yaşlar, hər məşğələ təqribən 1.5 - 2 saat olmaqla)

Mövzu 1. Sankt-Peterburq ilə tanışlıq. Xəyali və real Peterburq. Memarlıq ansambllarının gözəlliyi və xüsusiliyi.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, ekranda ”Xəyali və real Peterburq” diskindən seçilmiş fraqmentlərin nümayişi.
Uşaqlar üçün interaktiv proqram: “Buz sarayı (Tarix)”, (“Başqa nədən saray tikmək olar?” - əldə olan istənilən materialdan saray düzəltmək, modelləşdirmə)

Mövzu 2. Sankt-Peterburqun bağları (Yay bağı və Mixaylovski bağı). Landşaft memarlığının yüksək incəsənəti. Zərif bağbanlıq. I Pyotr-dan bizim günlərimizə qalan yay bağı. 300 il ərzində bağdakı dəyişikliklər.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi. Slayd-şou (bağın görünüşünün foto şəkilləri və planlarının təqdimatı).
Uşaqlar üçün interaktiv proqram: “Stolda mini park“ (Uşaqlar özləri yaradıcılıq üçün xüsusi materiallardan park modelleri yaradırlar).

Mövzu 3. Peterburqun ən sirli sarayı və ya Mixaylovski qalası haqqında əfsanələr – kabuslu qala. Saraylarda virtual gəzintilər. İnteryerlərə baxış.
Tətbiq metodları: “Qorxulu” xışıltıya və “həqiqi kabuslar”ın səslərinə qulaq asmaq, ekranda “Rus muzeyinin saraylar tarixi”, ”Rus muzeylərinin sarayları” disklərindən seçilmiş fraqmentlərin nümayişi.
Uşaqlar üçün interaktiv proqram: Sarayın virtual sxemini qururuq. ”Qorxulu hekayələr” yazır və çəkirik.

Mövzu 4. Rus Dövlət Muzeyi. Yaranma tarixi. Muzeyin kolleksiyası. Muzey nədir? Muzeyin ekspozisiyaları və əşyalar öz zamanlarının orijinalları kimi.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, muzeyin zallarında virtual gəzinti, ekranda “Rus Dövlət muzeyi”, “Rus muzeyi – virtual ekskursiya” disklərindən seçilmiş fraqmentlərin nümayişi.
Uşaqlar üçün interaktiv proqram: Ailə yadigarlarının axtarışı, muzey üçün ailə ekspozisiyasının yaradılması. (Disklər əsasında: Sən muzeyə gəmisən. Film 1, Sən muzeyə gəlmisən. Film 2, “Şəklə necə baxmalı”).

Mövzu 5. Rusiya incəsənətinin növləri və janrları ilə tanışlıq – mənzərə, natürmont, portret. Rəsm, qravyura, heykəl.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, muzeyin zallarında virtual gəzinti, ekranda “Rus Dövlət muzeyi”, “Rus muzeyi – virtual ekskursiya” disklərindən seçilmiş fraqmentlərin nümayişi.
Uşaqlar üçün interaktiv proqram: Rəssamın emalatxanasında rəsm dərsləri. Uşaq auditoriyası ilə görüşə dəvət olunan peşəkar rəssam ilə master-klass (disk əsasında: “Fafaley ilə muzeylər ölkəsində”, “Xəyali buludlar”, “Meyvələrdən natürmort – kompozisiya yaradırıq, çəkirik və yeyirik”).

Mövzu 6.  Dahi sənətkarın tarixi. (təhsil ocağının seçdiyi bir rəssamın misalında. Məsələn: Mark Şaqal, M. Vrubel, Maleviç).
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, rəssamın şəkillərinin slayd-şousunun nümayişi, “Fafaley ilə muzeyler ölkəsinə”diskindən bir nağılın nümayişi.
Uşaqlar üçün interaktiv proqram: Seçdiyimiz şəklə əsasən öz nağılımızı yazırıq.

Mövzu 7. Rus muzeyinin ekspozisiyasında rus xalq yaradıcılığı və dekorativ-tətbiqi sənəti.
Tətbiq metodları: qısa tanışlıq mühazirəsi, rus xalq yaradıcılığı nümunələrinin slayd-şou formasında nümayişi, verilənlər bazasındakı bütün ənənəvi naxışlardan istifadə edərək öz pryanik və ya qabların rənglənməsi lövhəsini yaratmaq üçün komputer proqramı.
İnteraktiv proqram – master-klass: seçmək üçün üç master-klass təklif edirik.
- “Pryanik lövhələri yaradırıq və pryanik bişiririk” (lövhələr düzəldirik və qədim pryanik reseptlərini öyrənirik),
- “Mən gil oyuncaq ustasıyam” (formalar düzəldir və rəngləyirik);
- “Xoxloma və qjel rəngkarlığı” (qabların dizaynı).