“Polşa neftçiləri Azərbaycanda” sərgisi

16.02.2008 - 18.02.2008

“XIX – XX əsrlərdə Polşa neftçiləri Azərbaycanda” foto sərgisi Polşa Respublikasının Azərbaycandakı səfirliyinin layihəsi olaraq neft çıxarılması və emalı sahəsində çalışan Polşa mühəndisləri və sahibkarlarının Bakıda neft kompleksinin yaradılması və inkişafı dövründəki fəaliyyətinə həsr edilmişdir. Sərgidə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş XIX – XX əsrlərdə Bakıda neft sənayesinin inkişafını özündə əks etdirən sənədli materialların fotoları nümayiş etdirilmişdir.