1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş uşaq yaradıcılığı sərgisi

24.05.2008

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri də uşaq təsviri sənət sərgilərinin təşkilidir. Hər il Muzey Mərkəzi Uşaqları Beynəlxalq müdafiə günü ərəfəsində N.Tusi adına İncəsənət gimnaziyası ilə birlikdə əməkdar incəsənət xadimi Sara Manafovaya həsr olunmuş uşaq rəsmlərinin hesabat-müsabiqə sərgilərini keçirir. Sərginin keçirildiyi günlərdə Muzey Mərkəzinin Sərgi Qalereyasının zallarında əsl uşaq bayramı hökm sürür. Şagirdlərin bütün işlərini xüsusi komissiya qiymətləndirir, qaliblər diplomlarla təltif olunur.