Amerikanın Müasir Fotoqrafiya Məktəbinin nümayəndəsi Tuba Öztəkin Köymənin «İLLÜMİNASİYALAR» adlı foto-sərgisi

16.12.2008 - 21.12.2008

15-20 dekabr, 2008-ci ildə Muzey Mərkəzinin Sərgi Qalereyasında Amerika Müasir Fotoqrafiya məktəbinin nümayəndəsi, türk foto-rəssamı Tuba Öztəkinin sərgisi təşkil edilmişdi.

Son illər ABŞ, Meksika və Türkiyədə onun uğurlu sərgiləri keçirilmişdir. Tuba Öztəkin Ankara Bilkənt Universitetində “Qrafik dizayn” ixtisası üzrə bakalavr dərəcəsi aldıqdan sonra ABŞ-ın Merilend Universitetində (Baltimor) magistr dərəcəsi almışdır. 10 il bundan əvvəl məhz orada onun ilk fərdi sərgisi təşkil olunmuşdu. Daha sonra Texas və Karolinada bu cür sərgilər keçirildi. Və budur onun sərgilərinin coğrafiyası genişlənərək okeanın o tayından bu tayına–Bakı şəhərinə qədər genişlənməyi bacarmışdır. Birgə sərgilərə gəlincə, bu əsasən üç ölkəni- ABŞ, Meksika və Türkiyəni əhatə edir. 1997-ci ildə məhz Türkiyədə Tuba Öztəkin özünün ilk mükafatını- “Pamukbank” tərəfindən təşkil olunmuş foto-müsabiqənin diplomunu almışdır. İki il sonra, 1999-cu ildə onun işləri Milli arxivin yaradıcı qadınların əsərləri kolleksiyasına daxil edilmişdir.

Yeri gəlmişkən, öz vətənində Tuba demək olar 10 il bundan qabaq foto deyil, videoinstalyasiya sərgiləmişdir. Bu gün Bakı şəhərində də bu ənənəni davam etdirməklə Tuba Öztəkin öz yaradıcılığının məhsullarını İllüminasiyalar adı altında sərgiləyir. Amerikalı bir jurnalist foto-rəssam haqqında məqaləsində onun işlərindəki parlaq optimizmdən yazarkən Tubanın yaradıcılığını hətta rahətülhülqum (Turkish delight) adlandırmışdır.