İlin fəsilləri silsiləsindən “Yay impressiyası” sərgisi

30.06.2008

2008-ci il, iyunun 30-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə “Yay İmpressiyası” sərgisinin açılışı olmuşdur. Bu, məşhur mövsümi sərgilər silsiləsindən növbəti vernisaj idi. Ekspozisiyada 50-dən çox rəssamın 200-ə qədər işi toplanmışdı ki, bunlar da boyakarlıq, qrafik lövhələr, heykəltəraşlıq və instalyasiya işləri idi.

Muzey Mərkəzinin direktoru Liana Vəzirova “Yay İmpressiyası” sərgisinin çoxcəhətli konsepsiyasının dərin ideyasının lirik təyinini belə izah edirdi: “Yay fəsli bizdə hansı təəssüratlar oyadır və bunların Yer üzünə və bütün kainata təsiri necədir? Sərginin iştirakçıları bu geniş fəlsəfi suala cavab tapmağı qarşılarına məqsəd qoymuşlar. Çünki ilin bu fəsli maraqlı bir qonaqdır və bizim ölkədə yay fəsli uzun çəkir. Yay məzuniyyətlər dövrüdür, yay həm də çimərlik, bol-bol çiçək deməkdir...Həm də bu fəsil bir tərəfdən maraqlı əhval-ruhiyyədir, günəşli günlərin sayı artır, insan daha da fəallaşır və bir tərəfdən də ətalətə qapılır, dünya qayğılarından azad olmaq istəyir, bir sözlə istirahət mövsümü başlayır. Gəlin razılaşaq ki, yay fəsli həm də məhəbbət çağıdır. Baharda məhəbbət zərif, kövrək olur, yayda isə daha parlaq, yetkin, ekspressiv və rəngarəngliyi ilə seçilir. Bu da azdır. Ona görə ki, yay fəsli, yadda qalan istirahət, o cümlədən kokteyllər və rəqslərdir....”

Sərginin əsas leytmotivini rənglərin coşğunluğu, təbiətin qaynar dövrünün qeyri-adi çalarları təşkil edirdi. Sərgidə nümayiş olunan əsərlərin müəllifləri sırf yay mənzərələri ilə kifayətlənməmişdilər. Əksər müəlliflər təklif olunmuş mövzuya öz yaradıcılıq təxəyyüllərindən yanaşmış, ilin-ayın bu dövrünü özünə xas olan bir istedadla təcəssüm etdirə bilmişlər. Kimsə təbiətin nemətlərini canlandırmaq və onlara insanlara xas olan keyfiyyətlər bəxş etmiş, bir başqası isə çiçəklərdən və kəpənəklərdən qadın portretləri yaratmışdı. Kimisi də rəngləri muğama çevirmiş, müəlliflərin əksər çoxluğu isə əsərlərində koloritin bolluğu ilə seçilmişdilər.

Furşetin təşkili və sponsor dəstəyi: “Kill Bill” və “Gusto Pizza”

“Yay İmpressiyası”- vizual sənət sərgisində iştirak edirdilər:

1.Afət Axundzadə
2.Aytən Şirzadova
3.Arif Hüseynov
4.Anar Hüseynzadə
5.Adil Yusifov
6.Afət Bağırova
7.Bəyimxanım Hacızadə
8.Vüqar Muradov
9.Vüqar Muradlı
10.Vüqar Əli
11.Veronika Şəmsiyeva
12.Gündüz Hunlar
13.Eldar Babazadə
14.Etibar Məmiyev
15.Elçin Bünyadov
16.Elşən Hacızadə
17.Elşən Sərxanoğlu
18.Emin Əsgərov
19.Elyar Əlimirzoyev
20.Elmir Hüseynov
21.Əli Həsənov
22.Əmirulla İsrafilov
23.Əsmər Nərimanbəyova
24.Abbas Əhmədov
25.Zakir Əhmədov
26.İrina Eldarova
27.İlahə Zeynalova
28.İsa Məmmədov
29.Yusif Hüseynov
30.Mehriban Əfəndi
31.Malik İsmayılzadə
32.MirNadir Zeynalov
33.Məmməd Rəşidov
34.Nazim Məmmədov
35.Namiq İsmayılzadə
36.Niyaz Nəcəfov
37.Nairə Rüstəmova
38.Nikolay Zaytsev
39.Odtekin Ağababayev
40.Rəşid İsmayılov
41.Rasim Rzayev
42.Rəfael Muradov
43.Sergey Aqrikov
44.Tatyana Ağababayeva
45.Fərhad Yalquzaq
46.Fərid Mirzoyev
47.Fəridə Hüseynova
48.Həmzə Abdullayev
49.Eldar Qurban
50.Gülarə Məcidova
51.Valentina Ağababayeva
52.Rəna Əmrahova
53.Anar Hüseynov
54.İrina Qundorina
55.Pərviz Hüseynov
56.Elmira Nəcəfova