«Ağ və Qara» sərgisi

05.12.2009 - 10.12.2009

Sərgi Qalereyası
Təntənəli aşılış: 04.12.2009
Vaxt: 18:00
Təşkilatçı: Muzey Mərkəzi

 


Ağ və Qara adlı müasir incəsənət sərgisi

 

4 dekabr, 2009-cu il tarixində Sərgi Qalereyasında “Ağ və Qara“ adlı müasir incəsənət sərgisi açıldı. Bu, Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin yeni layihəsidir. Son üç il ərzində burada “Məhəbbətin göy qurşağı”, “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” və s. kimi ciddi layihələr həyata keçirilmişdir. Budur yeni layihə - tərkibində 210 rəngkarlıq, qrafika, heykəltəraşlıq, foto və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunan 93 rəssam iştirakı ilə “Ağ və Qara“ adlı müasir incəsənət sərgisi.

Layihənin müəllifi və sərginin kuratoru, Muzey Mərkəzinin direktoru Liana Vəzirova “Ağ və Qara” sərgisinin konsepsiyasını bu cür izah edir: “Dövrün nəbzinə uyğun ciddi layihə. Əsl mənada, rəng çalarlığına görə ağ və qaradan başqa daha çox ziddiyyətli rənglər tapmaq mümkün deyil. Amma bu ziddiyyət eyni dərəcədə həm spektral, həm də ideoloji xarakter daşıyır. Söhbət təkcə rəngdən getmir. Ziddiyyətlərin mübarizəsindən gedir. Yaxşı və pis. Neqativ və pozitiv (mənfi və müsbət). Kişi və qadın. Bütün bu motivlər tamaşaçılarin bizim sərgimizdə görəcəkləri əsərlərdə öz əksini tapmışdır”

Yalnız iki rəng –ağ və qaradan ibarət olan, amma rəssamın istedadından ilham alan kasıb palitra nə qədər güclü emosiyalar ifadə etməyə qadirdir! Həyatın ritmləri hər ik başlanğıcı tarazlaşdırır: ağ və qara. Bu iki rəngin birləşməsində məntiqi baxımdan izahı mümkün olmayan “elə bir şey” var ki, o təxəyyül səviyyəsində cəlb edir. Rəssamlar tamaşaçılara məişət tapmacaları üzərində fikirləşməyi və öz xəyal və fantaziyalarını işə salmağı təklif edirlər.Layihədə müasir Azərbaycan incəsənətinin klassiklərindən – Nazim Bəykişiyev, Mir-Nadir Zeynalov, Siruz Mirzəzadə, Arif Hüseynov, Elyar Əlimirzəyev, Eldar Qurbanov, Namiq Məmmədov, Əmirulla İsrafilov, Rəşid İsmayılov, Bəyim Hacızadə, Məlik Ağamalov, Əsmər Nərimanbəyova, İrina Eldarova, Şamo Abbasov, Tatyana Ağababayeva iştirak edirlər. Sərginin ideyasını eləcə də tanınmış gənc rəssamlar – Vüqar Muradov, Niyaz Nəcəfov, Naira Rüstəmova, Emin Əsgərov, Nazim Şah, Elşən Sərxanoğlu, Anar Hüseynzadə, İlahə Zeynalova, Vüqar Əli və başqaları inkişaf etdirirlər. Bu, bizim müasir incəsənətin hansı səmtə istiqamətləndiyini görməyə yaxşı imkan yaradır. Rəssamlar özlərinin şəxsi fikirlərini ifadə etmək üçün bir plastik vasitə kimi həyatdan ideyalar götürür və onlardan istifadə edirlər. Qeyd etmək maraqlıdır ki, “Ağ və Qara” layihəsində yüzdən çox iş təqdim edən 40 qadın rəssam iştirak edir. Bəlkə də elə bu səbəbdəndir ki, biz bəzi əsərlərdə bu qədər çox romantik xəyalpərəstlik və incəlik görürük. “Ağ və Qara” sərgisinin ekspozisiyası ən müxtəlif üslubları, janrları və təsviri incəsənət növlərini, o cümlədən, kollajlar (İlahə Zeynalova), instalyasiyaları (Gündüz Ağayev, Fərhad Haxverdiyev), fotolar (Anna İbrahimbəyova, Mariya Şutikova, Albina Belyakova, İlqar Talıbov), kuklalar (Tamilla Qurbanova, Pərviz Hüseynov, İrina Qundorina, Olqa Əkpərova) və video-art (Vüqar Əli) nümayiş etdirir.

Azərbaycan rəssamlarının ilhamı onların öz şəxsi təəssüratları və xatirələri ilə yanaşı eləcə də onların hal-hazırda dünya incəsənətində və informasiya- texnologiya sahəsində baş verənləri müşahidə etməsindən də doğur. Ağ-qara qammasının ideyası təsviri incəsənətdə yeni deyil, çoxdan məlumdur. Amma bizim rəssamlar tamamilə mücərrədlikdən məhrum, simvol və duyğu assossiasiyaları ilə doldurulmuş müasir incəsənət nümayiş etdirirlər. Bununla əlaqədar xatırlatmaq istərdik ki, incəsənət təkcə rənglərin və formaların məharətli uzlaşması deyil, həm də həyat fəlsəfəsidir. “Ağ və Qara” layihəsi özündə təkcə müasir insənəti deyil, eləcə də gənc istedadlı dizayner Nadiyə Taziyeva tərəfindən hazırlanmış ağ-qara qammada müasir geyim nümayişini əks etdirir. Geyim kolleksiyası müasir mədəniyyətin müstəqil hadisəsi olmaqla sərginin ümumi konsepsiyası ilə harmonik şəkildə uyğunlaşır.

Sərginin koordinatoru Sərgi Qalereyasının ekspozisiya rəhbəri Samirə Rzayevadır.İnformasiya dəstəyi – Trend, Day.az.
Texniki təchizat – “Music Gallery”.
Afişa və dəvətmamələrin tərtibatı – “Rəqəmsal əsr”.
Ekspozisiyanın tərtibatına dəstək – “Gallery”.
Furşet – “Aroma Café”, “Super Servis”.
Sərginin bədii tərtibatında “Warmag” şirkətinin Baş direktoru Maykl Noziadek öz köməyini göstərib.

“Ag və Qara” adlı muasir incəsənət sərgisində iştirak edən rəssamların siyahısı

I rəngkarlıg
1. Əsmər Nərimanbəyova
2. MirNadir Zeynalov
3. Elyar Əlimirzəyev
4. Məlik Ağamalov
5. Nazim Bəykişiyev
6. Eldar Qurban
7. Şamo Abbasov
8. Sirus Mirzəzadə
9. Əmirulla İsrafilov
10. Namiq Məmmədov
11. Rəşid İsmayılov
12. Sənan Səmədov
13. Elşən Sərxanoğlu
14. Fərhad Yalquzaq
15. Niyaz Nəcəfov
16. Emin Əsgərov
17. Nairə Rüstəmova
18. Eldar Babazadə
19. Malik İsmayılzadə
20. Anar Hüseynzadə
21. Adil Yusifov
22. Afət Axundzadə
23. Ramina Səadətxan
24. Vüqar Əli
25. Abbas Əhmədov
26. Samirə Cavadova
27. Fuad Qafarov
28. Elçin Bünyadov
29. Nazim Şah
30. Nailə Cəfər
31. Mehriban Əfəndiyeva
32. Rəna Məmmədova
33. Gündüz Hunlar
34. Hikmət İsmayılov
35. İlahə Zeynalova
36. Vaqif Nəzirov
37. Kəmalə Sadıqova
38. Ursula Vindhauzer Şvarts
39. Fidan Zamanova
40. Səidə Əsgərova
41. Məsumə Hacıyeva
42. İlham Mirzəyev
43. Etibar Məmiyev
44. Natəvan Əsgərova
45. Leyla Heybətova
46. Əşrəf Yusifi
47. Nigar Dadaşova
48. Günay Şəmsiyeva
49. Səbinə Məmmədova
50. Cəmalə Rəhmanlı
51. Tahirə Allahverdiyeva
52. İntiqam Ağayev
53. Serqey Aqrikov
54. Elnur Həsənov
55. Rəşad Babayev
56. Cahangir Əhmədov
57. Taleh Mirkazımov
58. Davud Kəngərli
59. Zərnişan Alqayeva
60. İnna Kostina
61. Rəhim Həşimov
62. Ramiz Abbasov

II Qrafika
63.Bəyim Hacızadə
64. Arif Hüseynov
65. İrina Eldarova
66. Vüqar Muradov
67. Vüqar Məmmədov
68. İrina Yelagina
69. Hicran Əliyev
70. Yusif Mirzə
71. Dinarə Mürsəlbəyova
72. Fidan Mollazadə
73. Aydın Əsgərov
74. Məryəm Vəlixanova
75. Leyla Nəsibova

III Heykəltəraşlıq
76. Məmməd Rəşidov
77. Novruz Məmmədov
78. Əfqan Mustafayev
79. İslam Həsənəlizadə
80. Vüqar Quliyev
81. Zakir Hüseynov

IV Foto
82. Anna İbrahimbəyova
83. Mariya Şutikova
84. Albina Belyakova
85. İlqar Talıbov

V Batik
86. Tatyana Ağababayeva

VI Kuklalar
87.Tamilla Qurbanova
88. Pərviz Hüseynov
89. İrina Qundorina
90. Olqa Əkbərova

VII İnstalyasiya
91. Gündüz Ağayev
92. Fərhad Axverdiyev

VIII Dekorativ-tətbiqi sənət
93. İnna Bəşirova
94. Natəvan Mirzəyeva