“Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” mövzusunda sərgi

14.11.2009 - 15.11.2009

Sərgi Qalereyası
Təntənəli açılış mərasimi: 13 noyabr, 2009-cu il
Təşkilatçılar: Mədəniyyət və Turizm Nazirliyinin elm-təhsil şöbəsi

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" silsilə tədbirləri çərçivəsində 2009-cu il, noyabrın 13-14-də Muzey Mərkəzinin Sərgi Qalereyasında "Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər" mövzusunda sərgi keçirilmişdir. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Rayon Mədəniyyət və Turizm şöbələri və digər əlaqədar təşkilatlardan nümayəndələr dəvət edilmişdi. Sərginin əsasnaməsinə uyğun olaraq 2009-cu il oktyabr ayının 12-dən 14-dək Lənkəran, 16-dan 17-dək Şirvan, 20-dən 21-dək Şəki, 24-dən 25-dək Quba, 27-dən 28-dək Gəncə, 30-dan 31-dək Sumqayıt şəhərlərində sərgilər keçirilmişdir.
Münsiflər heyəti tərəfindən bölgələr üzrə sərgilərdə nümayiş etdirilmiş müxtəlif janrlarda 300 əsərdən 200-ə yaxını Respublika sərgisinə təqdim olunmuşdu.