Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasına həsr olunmuş dəyirmi masa

28.01.2010

Akt Zalı
Keçirilmə vaxtı: 9:30-17:15
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi

27 yanvar, 2010-cu il tarixində Muzey Mərkəzinin Akt Zalında Cenevrə/Bakı (BQXK) - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasına həsr olunmuş dəyirmi masa keçirmişlər. Tədbirdə müxtəlif nazirliklərdən və təhsil müəssisələrindən beynəlxalq hüquq sahəsində görkəmli mütəxəssislər də daxil olmaqla 50 nəfər iştirak edirdi.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və BQXK-nın ölkədəki nümayəndəliyinin başçısı cənab Tun Vandenhov iştirakçıları salamlayanlar arasında idilər.
"Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasını tənzimləyən qaydalar beynəlxalq humanitar hüququn bir hissəsidir," - BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri Paskal Meyg Vagner dedi. "Bu görüş bizə həmin qaydalara riayət olunmasını necə gücləndirməyin yollarını birgə araşdırmağa imkan yaratdı."
Dəyirmi masa iştirakçılara öz ideyalarını və Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunması haqda 1954-cü ilin Haaqa Konvensiyasının və iki Əlavə Protokolun implementasiyası zamanı topladıqları təcrübəni bölüşmək imkanı yaratmışdır. Müqavilələr bildirir ki, silahlı münaqişələr mədəni dəyərlərin dağıdılmasına və ya onlara zərər vurulmasına gətirib çıxara biləcək məqsədlər üçün istifadə olunmamalıdır.
Azərbaycan 1954-cü il Haaqa Konvensiyasına və Birinci Protokola 1993-cü ildə, İkinci Protokola isə 2000-ci ildə qoşulmuşdur.
Beynəlxalq humanitar hüququn müdafiəçisi olan BQXK uzun müddətdir ki, mədəni dəyərlərin qorunması üzrə qaydalar da daxil olmaqla beynəlxalq humanitar hüquq qaydalarının inkişaf etdirilməsində və yerinə yetirilməsində hakimiyyət orqanlarını dəstəkləyir.