Francophony həftəsi münasibətilə İsveçrənin “Ev” filminin nümayişi

01.04.2010

Akt Zalı
Vaxt: 18:00
Təşkilatçı: İsveçrənin Azərbaycandakı səfirliyi

2010-cu il, aprel ayının 1-də, saat 18.30-da Muzey Mərkəzinin Akt Zalında İsveçrənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda Francophony həftəsi münasibəti ilə İsveçrənin “Ev” (Home) filmi nümayiş olunmuşdur. Təqdimat mərasimində rəsmilər, diplomatlar, İsveçrə və fransız dilli icmalar iştirak etmişlər.
Ursula Meyerin rejissoru olduğu “Ev” filmi 2009-cu ilin ən baxımlı filmlərindən olub. Kan festivalına təqdim olunan əsər tezliklə İsveçrədən kənarda da tamaşaçıların qəlbinə yol tapıb. İsveçrənin “QUARTZ-2009” film mükafatının üçqat laureatı olmaqla yanaşı 30-dan artıq festivala dəvət alıb və beynəlxalq mükafatlara layiq görülüb. Beynəlxalq diqqətdən danışarkən “Un autre homme”, “Der Freund” and “Fuori dalle corde” kimi mükafatları yada salmaq olar. Baş rolda tanınmış fransız aktrisa İzabelle Hüpper oynayır.
Filmdə evinin yaxınlığında açılan magistral yol sayəsində rahatlığı pozulan ailədən söhbət açılır. Köçməkdən imtina edən Marte, Mişel və onların üç uşağı yeni mühitə öyrəşməyin innovativ yolunu tapır. Gün ərzində yüzlərlə avtomobilin səs-küyünə baxmayaraq ailə firavan həyat tərzini sürdürürlər. Lakin yolun yaratdığı təhlükə ailədə gərginliyə səbəb olur. Mübahisəli evdə qalmaq asan olmasa da bu onların doğma ocağıdır...