TÜRKSOY-un “Türk xalqlarının qeyri-maddi mədəni irsinin konvensiallaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” adlı 3-cü Beynəlxalq konfransı

27.04.2010

Akt Zalı
Vaxt: 9:30-13:00
Təşkilatçı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

2010-cu il, aprelin 27-də Muzey Mərkəzinin Akt Zalında TÜRKSOY-un “Türk xalqlarının qeyri-maddi mədəni irsinin konvensiallaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” adlı 3-cü Beynəlxalq konfransı işə başlamışdır.
Azərbaycanın Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keşirilən seminarın açılışında TÜRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər iştirak ediblər. Belə ki, seminarının açılışına Fırat Purtaş (TÜRKSOY təşkilatının Baş katibinin müavini), Elçin Qafarlı (Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi), Mahmut Evkuran (Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin müdiri), Şengül Gitmez (Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin şöbə müdiri), Serikkazy Korabay (Qazaxıstan Respublikasının M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu), Fanziliya Zavqarova (Tatar folklorunun Dövlət toplanma, qorunma, öyrənilmə və təbliğat mərkəzinin direktoru), Yusuf Örs (Şimali Kipr Türk Respublikası, sənət tarixçisi), Fatma Giritli (Şimali Kipr Türk Respublikası, xalq musiqisi üzrə tədqiqatçı) kimi mütəxəssislər dəvət olmuşdular.
Tədbir iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev seminarın işinə uğurlar arzuladı. Bildirdi ki, seminarın ilk günü “Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri” mövzusunda məruzə dinləniləcək.
Günün ikinci yarısında iştirakçılar 2010-cu il üçün Azərbaycanın sənətkarlıq paytaxtı elan olunan Şəkiyə yola düşmüşlər. Şəkidə davam etdirilmiş seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları, “Türk dünyasının xalq yaradıcılığı paytaxtları” Beynəlxalq Proqramı layihələrinin müzakirələrindən sonra seminarın işi yekunlaşdırılmışdır.