1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi münasibətilə qəhrəman-şəhərlərə virtual səyahət

22.04.2010

Akt Zalı
Vaxt: 15:00
Təşkilatçı:“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzi

22 aprel, 2010-cu ildə Muzey Mərkəzinin Akt Zalında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi münasibətilə qəhrəman-şəhərlərə virtual səyahət təşkil olundu. Tədbirdə Bakı şəhərinin müxtəlif təhsil ocaqlarının 150-dən çox şagirdi iştirak edirdi. “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzin əməkdaşı  tədbir iştirakçılarına Brest qalası mühafizəçilərinin qəhrəmanlığı, Leninqrad şəhərinin mühasirəsi, Moskvanın müdafiəsi və Stalinqrad döyüşü haqqında danışdı. Bu zaman tamaşaçılara qəhrəman-şəhərlərin tarixi abidələri barədə slayd-şou təqdim olundu. Virtual səyahətin sonunda viktorina təşkil edildi. Qaliblər Bakı şəhərindəki Rusiya informasiya-mədəniyyət mərkəzinin nümayəndəsi tərəfindən hədiyyələrlə mükafatlandırıldılar.