“İncəsənət tariximizin pillələri” adlı sərgi

19.05.2010 - 24.05.2010

Sərgi Qalereyası
Açılış mərasiminin vaxtı:19 may, saat 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi 2010-cu il, mayın 19-da

Muzey Mərkəzinin Sərgi Qalereyasında incəsənət tariximizdə özünəməxsus səhifə olan müharibəyə qədərki dövrdə yaradılmış əsərlərin tamaşaçılara, xüsusən də gənclərə təqdim olunması və tanınmış rəssamlarımızın yaradıcılığının təbliği məqsədi ilə “İncəsənət tariximizin pillələri” adlı sərgi açılmışdır.
XX əsr Azərbaycan incəsənət tarixində bir neçə mərhələ müəyyən olunmuşdur. Ötən əsrin əvvəllərindən 1940-cı ilə qədərki dövrdə Azərbaycan təsviri sənətində əsaslı dəyişikliklər baş vermiş, yeniliklər meydana gəlmişdir. Bu dövrdə Bakıda Rəssamlıq Məktəbi yaranmış, həmin məktəbin yetirmələri olan bir çox Azərbaycan rəssamları keçmiş SSRİ-nin nüfuzlu ali rəssamlIq məktəblərini müvəffəqiyyətlə bitirərək vətənə qayıtmış və incəsənətimizin xəzinəsinə töhfələr vermişlər. 40-cı illərə qədər yaradılmış incəsənət əsərləri xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirir.
Sərgidə Bəhruz Kəngərli, Əzim Əzimzadə, Əlibəy Hüseynzadə, Rüstəm Mustafayev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Salam Salamzadə, Reyhan Topçubaşova, Lətif Feyzullayev, Sadıq Şərifzadə, Boyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Yelizaveta Tripolskaya, Rəhim Quliyev və başqa tanınmış fırça və tişə ustalarının rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirilmişdir.