«Avtoportret» sərgisi

21.09.2010 - 25.09.2010

Sərgi Qalereyası
Vaxt: 16:00
Təçkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

2010-cu il, sentyabrın 21-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Avtoportret” sərgisi açılmışdır.
Zaman-zaman Azərbaycan rəssamları bir-birindən maraqlı avtoportret əsərləri yaratmışlar. Vaxtaşırı keçirilən sərgilərdə bu əsərlər qismən nümayiş etdirilsə də, onların böyük bir hissəsi uzun illər rəssamların emalatxanalarında saxlanmış, sərgilərə çıxarılmamışdır. Portret, mənzərə, tarixi, batal, natürmort və məişət janrlarında yaradılmış əsərlər sənətsevərlərə daha tez-tez təqdim edilmişdir. Respublikada temetik avtoportret sərgisi də keçirilməmişdir. Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq, 2010-cu il sentyabr ayının 25-dək davam edəcək sərgidə Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muzeyində saxlanılan avtoportret əsərləri ilə yanaşı digər rəssamların da avtoportret əsərləri nümayiş etdirilir.