“Dairə” - Azərbaycanın gənc fotoqraflarının foto sərgisi

Галерея Искусств
09.12.2003 - 16.12.2003

Dekabrın 8-dən 15-dək Muzey Mərkəzində Azərbaycanın gənc fotoqraflarının "Dairə" adlı xüsusi sərgisi xüsusi açıldı. 20-ə yaxın müəllifin iştirak etdiyi bu sərgidə 90-a qədər foto-şəkil, instalyasiya və kompozisiyalar nümayiş etdirilirdi. Bu sərgi Azərbaycan Fotoqraflar Birliyinin nəzdində 2003-cü ildən fəaliyyət göstərən gənclər şöbəsinin bir növ hesabat sərgisi idi. Fotoların üslub müxtəlifliyi, müəlliflərin axtarış formaları olduqca təzadlı əsərlərin meydana çıxmasına şərait yaratmışdı.