“Qış hədiyyəsi”

17.12.2010 - 17.01.2011

Sərgi Qalereyası
Keçirilmə tarixi: 16 dekabr, 2010-cu il – 16 yanvar, 2011-ci il
Təşkilatçı: Muzey Mərkəzi

2010-cu ilin dekabr ayından 2011-ci ilin yanvar ayına qədər Muzey Mərkəzinin Sərgi Qalereyası “Qış hədiyyəsi” adlı sərgi ilə öz seyrçilərini yenidən sevindirdi. Ekspozisiya müasir tanınmış rəssamlarla cavan nəsil müasir rəsm tendensiyalarını tərənnüm edən rəssamları bir arada birləşdirdi.
Qış- yeni il bayramları vaxtıdır! Sərgi seyrçilərinə rəssamlar tərəfindən yaradılmış əsərlər vasitəsilə əsl qış abu-havası bəxş olunurdu. Axı qış hədiyyələr, sürprizlər, arzuların yerinə yetmə və dəyişikliklər vaxtıdır. Möcüzəyə inam, hansı ki mütləq yerinə yetəcək! Müasir rəssamların “Qış” rəsmlərində təkcə qış abu-havası deyil, həm də qışın sirli, ecazkar gözəlliyi özünü göstərirdi.
Rəssamlarımızın əsərlərinə baxdıqca hər bir kəs özlüyündə bu bayramların ecazkar mənzərəsini duyurdu. Sərgidə 52 rəngkarlıq, 17 qrafika, 8 heykəltəraşlıq, 2 batika və 2 şirma təqdim olunmuşdu.
Bu ekspozisiya qalereya fondumuzun ən yaxşı işləri içərisindən seçilmişdi. Qüsursuz tərtibat interyerə şarm bəxş edir. Ona görə də dekorasiyanın tərtibatında istifadə edilən materiallara xüsusı önəm verilmişdir. Dekorativ ekspozisiya maraqlı olsa da ənənəvi deyildi. Yeni il aksessuarlarını və materialların seçimi ekspozisiyaya stil, harmoniya və tamamlanmış görkəm bəxş edirdi.

Sərgidə aşağıdakı rəssamların əsərləri təqdim olunmuşdu:
1. Ənvər Əsgərov
2. İrina Eldarova
3. Marqarita Kərimova-Sokolova
4. Fuad Qafar
5. Əmirulla İsrafilov
6. Eldar Qurban
7. Sənan Səmədov
8. Yusif Mirzə
9. Emin Əsgərov
10. Anar Hüseynzadə
11. Fərhad Yalquzaq
12. Nazim Şah
13. Vüqar Əli
14. Məmməd Rəşidov
15. Ramina Səadətxan
16. Gündüz Ağayev
17. Elmir Hüseynov
18. Abbas Əhmədov
19. Aleksey Zaytsev
20. Nikolay Zaytsev
21. Leyla Nəsibova
22. Elnur Həsənov

“Qış hədiyyəsi” sərgisi Muzey Mərkəzinin Sərgi Qalereyası tərəfindən şəhərimizin sakinlərinə Yeni il üçün ən yaxşı hədiyyə idi.