Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş uşaq yaradıcılığı müsabiqəsi

20.10.2011 - 21.10.2011

Sərgi Qalereyası
Vaxt: 12:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli 1293 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı respublika müsabiqəsi təşkil olunmuşdu. Müsabiqəyə respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işləri təqdim edilmişdi.
2011-ci il, 20 oktyabr tarixində Muzey Mərkəzində müsabiqəyə təqdim edilən rəsm və əl işlərinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Münsiflər heyətinin üzvləri - Azərbaycan Rəssamlar İttifaqının katibi, Respublikanın xalq rəssamı Ağəli İbrahimovun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Respublikanın əməkdar rəssamı Əsmər Nərimanbəyovanın və Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Rəfael Gülməmmədlinin qərarına əsasən iki yaş qrupu üzrə aşağıda adları göstərilən şagirdlər Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli Diplomları, Fəxri Fərmanları və pul mükafatları ilə təltif edildilər:

7-13 yaş qrupu üzrə:

I dərəcəli diplom:
1. 1.Hacıyeva Zümrüd Anar qızı. "Günəşli Bakı"
Bakı ş. T.İsmayılov adına Uşaq və gənclər yaradıcılıq sarayı

II dərəcəli diplom:
1. Babayeva Sədaqət Əlövsət qızı. “Müstəqil Azərbaycanım”;
Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Uşaq İncəsənət Məktəbi
2. İsmayılov Məhəmməd Nəriman oğlu. “Tariximiz
DA Art Təsviri incəsənət Mərkəzi,

III dərəcəli diplom:
1. Şahbazova Aytac Əli qızı. “Odlar Yurdu”
Sumqayıt ş. Bülbül ad. 2 nömrəli Uşaq İncəsənət Məktəbi
2. Səmədov Nihad Maqsud oğlu. “ Tariximiz”
Sumqayıt ş. Bülbül ad. 2 nömrəli Uşaq İncəsənət Məktəbi
3. Məmmədov Hikmət Hümmət oğlu. “Bakı”
Zərdab rayon Uşaq İncəsənət məktəbi

Fəxri Fərman:
(fərqlənənlər)

1. Babayev Əsəd Azər oğlu. “Muğam”
Bakı ş. 3 nömrəli Uşaq İncəsənət Məktəbi
2. AAleynikova Valeriya Oleqovna. “Qız qalası”
DA Art Təsviri incəsənət Mərkəzi
3. Abbasova Ayan Elnur qızı “Sabahı nurlu Azərbaycanım”
Bakı ş. F. Əmirov ad. 6 nömrəli Uşaq İncəsənət Məktəbi

14-16 yaş qrupu üzrə:

I dərəcəli diplom:
1. Orucov İbrahim İmran oğlu ”Müstəqillik uğrunda"
Quba rayon Uşaq İncəsənət məktəbi

II dərəcəli diplom:
1. Həsənova Nərmin Seymur qızı “Müstəqil Azərbaycan”
Bakı ş. S. Ələsgərov ad. 1 nömrəli Uşaq İncəsənət Məktəbi
2. Ülkər Zərraf qızı. “Şuşa qalası”
İsmayıllı rayon Uşaq İncəsənət Məktəbi

III dərəcəli diplom:
1. Şahməmmədli Elvin Azad oğlu “Yağ çalxalayanlar”
Bakı ş. V. Mustafazadə ad. 2 nömrəli Uşaq İncəsənət Məktəbi
2. Ağayeva Fidan Elman qızı “Xalçaçılıq”
Abşeron rayon Saray qəsəbəsi Uşaq İncəsənət Məktəbi
3. Gülmalıyeva Zemfira Rəşad qızı “Azərbaycan butası”
DA Art Təsviri İncəsənət Mərkəzi

Fəxri Fərman:
(fərqlənənlər)

1. Bayramov Seymur Əligüşad oğlu. “Vətənə məhəbbət”
Biləsuvar rayon Uşaq İncəsənət Məktəbi
2. Nəsirli Fəridə Misir qızı
”Şərqdə ilk günəş kimi parlayan Müstəqil Azərbaycan
Füzuli rayon 2 nömrəli Uşaq İncəsənət məktəbi
3. Quluzadə Nuranə Vüqar qızı “İçərişəhər”
Abşeron rayon Saray qəsəbəsi Uşaq İncəsənət Məktəbi