Tbilisi şəhər E.Axvledian adına uşaq rəsm qalereyasının uşaq yaradıcılıq sərgisi

16.11.2011 - 18.11.2011

Sərgi Qalereyası
Təntənəli açılış: 15 noyabr 12:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsi

Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili ənənələrinin bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Tbilisi şəhər E.Axvlediani adına Uşaq rəsm qalereyası ilə birlikdə azərbaycanlı və gürcüstanlı uşaqların rəsm sərgilərini təşkil edir.
Məhz bununla əlaqədar olaraq 2011-ci il 15-17 noyabr tarixlərində Bakı şəhərində gürcüstanlı uşaqların rəsm əsərlərindən ibarət və 90-a qədər əsərin nümayiş etdirildiyi sərgi təşkil olundu. Sərginin təntənəli açılışı 15 noyabr tarixində saat 12.00-da Muzey Mərkəzinin Dairəvi zalında keçirildi.
Qeyd edək ki, Gürcüstan tərəfinin dəvətinə əsasən 2011-ci il 30 iyun-5 iyul tarixlərində Bakı şəhərinin “DA' Art” Təsviri İncəsənət Mərkəzinin müəllim və şagirdləri Tbilisi şəhərində olmuşdular. Nümayəndələrimiz yüksək səviyyədə qəbul edilmiş, azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi maraqla qarşılanmış və böyük əks-səda doğurmuşdu.

Qonaqların siyahısı

1. Liana Qorqadze – Elene Axvlediani adına Uşaq rəsm qalereyasının direktoru
2. Marina Abuladze - Layihə rəhbəri
3. Şalva Batlidze – müəllim
4. Nino Okropiridze – müəllim
5. Medeya Çubinişvili - müəllim
6. Mzekala Berdzenişvili – müəllim
7. Manana Qilaşvili – müəllim
8. Mariam Qabaşvili – SOCAR GEORGIA PETROLEUM, Marketinq üzrə menecer
9. Teymur Hacıyev - SOCAR GEORGIA GAS, Departament müdiri
10. Nana Qiorqadze – Tbilisi şəhər Mədəni tədbirlər mərkəzinin sərgilər, müsabiqələr və festivallar üzrə kuratoru

Sərgidə fərqlənən uşaqların siyahısı

1. Anna Joxadze
2. Anna Stepanova
3. Nia Maisuradze
4. Anton Tciklauri
5. Keti Jaoşvili
6. Tenqo İmnaişvili
7. Nino Xoperiya
8. Anastasiya Berikaşvili
9. Olya Beridze
10. Nato Mirzaşvili