Novruz bayramına həsr olunmuş “Novruzun rəngləri” sərgisi

17.03.2012 - 27.03.2012

Sərgi Qalereyası
Vaxt: 18:00
Təşkilatçı: Muzey Mərkəzi

Biz hamımız uşaqlıqdan Baharın gəlişini səbirsizliklə gözləyirik, xüsusilə də Novruz bayramını. Hələ Qədim Babilistanda keçirilən bu rəngarəng bayram azərbaycanlıların əsas və sevimli bayramlarından biri sayılır. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir və martın 21-də gecə-gündüz bərabərliyində qeyd edilir. Bu bahar bayramı qış yuxusundann sonra təbiətin oyanışı, gözəllik, rəngarənglik bayramıdır. Keçmiş zamanlarda olduğu kimi Novruz sülh elçisi, xeyirxahlıq bayramıdır.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli şəkildə qeyd edir. Bu bayram hazırlığında insanlar dostluq əlaqələrini möhkəmləndirir, evlərdə stollar bəzədilir, süfrələr açılır, hər kəs yazın gəlişini sevinclə qarşılayır.

Belə ki, 16 mart 2012-ci il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilən "Novruzun rəngləri" adlı sərgi də baharın gəlişinə həsr olunub. Ümumilikdə 110 rəngkarlıq, qrafika, heykəltaraşlıq, batika və gəlinciklərdən ibarət olan sərgidə 81 rəssam iştirak etdi. Bu bənzərsiz rəngkarlıq işləri arasında Əsmər Nərimanbəyova, Rəşad Cabbarov, Xanlar Əsədullayev, Veronika Şəmsiyevanın "Güllər"i, Günay Mirzəyevanın "Bənövşə dağları", Diana Yermoleyevanın "Yasəmənlər"i sərgiyə gələnlərin diqqətini cəlb etdi. Ağayar Bayrışov, Cavanşir Kərimov, Səyyar Əliyevin "Novruz", Günay Mirzəyevanın "Xonça", Zərifə Seyidəliyevanın "Çərşənbələr", Arif Neftiyevin "Novruz şirniyyatları", Azad Şixəliyevin "Bayram sevincləri" rəngkarlıq işlərində isə Novruz elementləri baharın gəlişini əks etdirirdi. Artıq yazın gəlişini tərənnüm edən Eldar Babazadə, İsa Məmmədov, İlqar Əsgərov, Nazim Şah, Aydın Məmmədov, Akşin Kazımov, Rəfael Muradov və Nizar Məmmədovun işləri də ziyarətçiləri biganə qoymadı. Sərgidə həmçinin Tatyana Ağababayeva, Aleksey Zaytsev, Alina Yusifova, Nərmin Abdullayevanın heyrətamiz batik işləri də göz oxşayırdı. Lətifə Qarayevanın xalçaları, Vüqar Quliyev, Məmməd Rəşidov, Nail Sultanovun heykəlləri, Zinaida Həsənova, Fərəh Əliyeva, Alla Liçnaruskayanın gəlinçikləri də xüsusi diqqət cəlb edirdi.

Sərgidə iştirak edən rəssamların siyahısı:
Sara Manafova
Bəyim Hacızadə
Əmrulla İsrafilov
İsa Məmmədov
Əsmər Nərimanbəyova
Natiq Fərəcullazadə
Nazim Rəhmanov
Qəmzə Abdullayeva
Rəfael Muradov
Veys Ruslan
Faiq Qəmbərov
Bayram Hacızadə
Əsgər Əsgərov
Rais Rəsulzadə
Adil Yusif
Vüqar Əli
Eldar Babazadə
Nazim Yunisov
Vüqar Quliyev
İntiqam Ağayev
İlqar Əkbərov
Nazim Şah
Miraslan Zeyn
Məmməd Rəşidov
Cəmilə Mustafayeva
Zinaida Həsənova
Səfiyyə Mirbabayeva
Alla Liçnaruskaya
İnara Rəsulova
Tatyana Ağababayeva
Aydan Məmmədova
Arif Neftiyev
Zahidə Haşımova
Cavanşir Kərimov
Nərmin Abdullayeva
Rəşad Cabbarov
Nərmin Cabbarova
Razim Əkbərov
Asif Azerelli
Mehriban Əfəndi
Diana Yermolayeva
Fərəh Əliyeva
Məryəm Salmanova
Anara Mustafa qızı
Ağayar Bayrışıov
Nizar Məmmədov
Olqa Kedyarova
Şəhla Əsgərova
Nadejda Bıckova
Nailə Sultanova
Xanlar Əsədullayev
Akşin Kazımov
Veronika Şəmsiyeva
Leyla İbrahimova
Günay Mirzəyeva
Aydın Tağıyev
Səidə Mirzəyeva
Azad Şıxəliyev
Lala Ağayeva
Nərminə Məlikova
Səyyar Əliyev
Məmmədkərim Quliyev
Azad Şıxəliyev
Leyla Cavadova
Ceyhun Abdullayev
Nağdəli Xəlilov
Ələkbər Əliyev